Icma.az
close
up
RU
Qərbi azərbaycanlılara kompensasiya ödənilməsi ilə bağlı Əziz Ələkbərlidən AÇIQLAMA

Qərbi azərbaycanlılara kompensasiya ödənilməsi ilə bağlı Əziz Ələkbərlidən AÇIQLAMA

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər Qərbi azərbaycanlılara vurulan zərərin ödənilməsi və Ermənistanın bu məsələdə atacağı addımlar yenidən gündəmə gəlib.
Maraqlıdır, Ermənistan təzminat ödəmək əvəzində soydaşlarımızın Qərbi Azərbaycana sivil qaydada qayıdışına razılaşa bilərmi?

MÖVZU İLƏ BAĞLI:
“Beynəlxalq faktlar Qərbi azərbaycanlıların ata -baba yurdlarına qayıtmasını təsdiqləyir”- Əziz Ələkbərli

Mövzu ilə bağlı Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanın bütün sülh təşəbbüslərinə baxmayaraq, Ermənistan hər vəchlə sülh sazişini imzalamaqdan qaçmağa çalışır:

“Bu da gözləniləndir. Çünki 44 günlük müharibədə lazımi dərs almaqlarına baxmayaraq, Ermənistan, erməni diasporu, erməni kilsəsi və revanşist ermənilər hələ də bu dərsdən nəticə çıxarmayıblar. Anlamaq istəmirlər ki, 44 gün ərzində onları Azərbaycanın əlindən ala bilməyənlərə ümid bağlamalarının mənası yoxdur. Çünki hamı bilir ki, Ermənistan haqsızdır, hamı bilir ki, Azərbaycan öz haqqını tələb edir, beynəlxalq hüquqa əsaslanır. Harada görünüb ki, gəlib kiminsə evinə soxulasan, başqalarına da deyəsən ki, gəlin məni müdafiə edin. Yəni həmişə olduğu kimi, yenə də ermənilər reallığın yox, öz xülyalarının arxasınca qaçmaqdadırlar”,- o deyib.

O hesab edir ki, Qərbi azərbaycanlılar öz ata-baba torpaqlarına, öz halal evlərinə dönməlidirlər.
Lakin bu yetərli deyil, insanlarımıza vurulan zərər də ödənilməlidir:
“Ermənilər törətdikləri cinayətlərə görə də cavab verməlidir. Ermənistanın bu məsələdə atacağı yeganə addım Azərbaycanın tələblərinə qeyd-şərtsiz əməl etmək ola bilər. Çünki haqsızdır, çünki cinayətkardır, çünki xalqımıza qarşı törətdikləri vəhşiliklərin sayı-hesabı yoxdur. Bəlkə Ermənistan tərəfi güman edir ki, Azərbaycan xalqı bütün bunları onlara bağışlayacaq?
Biz Xocalını necə yaddan çıxara bilərik, Qarabağda, Qərbi Azərbaycanda dağıdılan yurdlarımızı, 30 il əzab-əziyyət çəkən məcburi köçkünlərimizin, 36 ildir hələ də qaçqın həyatı yaşayan Qərbi azərbaycanlı soydaşlarımızın ağrı-acılarını necə bağışlaya bilərik? Ter-Petrosyan da, Köçəryan da, Sarkisyan da bunun cavabını verməlidir”.
QAİ sədrinin sözlərinə görə, bizim sivil qaydada Ermənistana qayıdışımız Ermənistana böyük güzəştdir, bunu heç bir şeyə əvəz hesab etmək olmaz.
“Ermənistan bu gün bizə yalvarmalıdır, hər cür şərait yaratmalı, təminat verməlidir ki, biz sivil qaydada öz yurdlarımıza qayıdaq. Bizim Ermənistana qayıdışımız Ermənistanın təhlükəsizliyinə və mövcudluğuna təminatdır. Ermənistan kimi işğalçı, faşist bir dövlətin regiona başqa cür inteqrasiyası mümkün deyil”,- deyə Ə.Ələkbərli fikrini yekunlaşdırıb.
Ayşən Rəhim, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Fevral 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri