Qərbi azərbaycanlıların öz atababa yurdlarına ləyaqətli qayıdış prosesi mütləq baş tutacaq…
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin Bakıda keçirilən “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda 2-ci beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alan fikirlərin Ermənistan mətbuatında da geniş tirajlanması və bu ölkənin ictimai-siyasi dairələrində təşvişə səbəb olması gözlənilən idi.
Çünki ermənilərin 200 illik anti-Azərbaycan strategiyasını darmadağın edən dövlətimizin başçısı sözügedən müraciətində Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsi məsələsini yenidən gündəmə gətirib.
İlham Əliyevin Qərbi azərbaycanlıların qayıdışı məsələsini prioritet hədəflərimizdən birinə çevirməsi yeni reallıqlar yaradır.
Bu hədəfimizin gerçəkləşməsi ermənilərin bütün təcavüzkar planlarının, o cümlədən "böyük ermənistan" planının da üzərindən birdəfəlik xətt çəkmiş olacaq.
Rəsmi Bakının Qərbi azərbaycanlı soydaşlarımızın öz doğma yurdlarına qayıdışı uğrunda mübarizəni Azərbaycan dövlətinin və xalqının 44 günlük İkinci Qarabağ müharibəsindən sonrakı dövr üçün strateji hədəflərindən biri olaraq bəyan etməsi həm də ona görə Ermənistanın ictimai-siyasi dairələrində ciddi narahatlığa səbəb olur ki, qayıdışn baş tutması Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi ilə yanaşı, həmçinin Ermənistan dövlətinin xalqımıza məxsus tarixi-mədəni irsə qarşı vandal davranışının ifşa olunmasına səbəb ola bilər.
Cənab Prezident də Qərbi Azərbaycana Qayıdışla bağlı beynəlxalq konfransın iştirakçılarına müraciətində bu məsələyə toxunaraq bildirib ki, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir.
Azərbaycanın dövlət başçısının bu çağırışı Ermənistan tərəfini fakt qarşısında qoyur.
Tam oxu
Xəbəri oxu