Icma.az
close
up
RU
Qərbi azərbaycanlıların öz atababa yurdlarına ləyaqətli qayıdış prosesi mütləq baş tutacaq

Qərbi azərbaycanlıların öz atababa yurdlarına ləyaqətli qayıdış prosesi mütləq baş tutacaq

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Prezident İlham Əliyevin Bakıda keçirilən “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda 2-ci beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alan fikirlərin Ermənistan mətbuatında da geniş tirajlanması və bu ölkənin ictimai-siyasi dairələrində təşvişə səbəb olması gözlənilən idi. Çünki ermənilərin 200 illik anti-Azərbaycan strategiyasını darmadağın edən dövlətimizin başçısı sözügedən müraciətində Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsi məsələsini yenidən gündəmə gətirib. İlham Əliyevin Qərbi azərbaycanlıların qayıdışı məsələsini prioritet hədəflərimizdən birinə çevirməsi yeni reallıqlar yaradır. Bu hədəfimizin gerçəkləşməsi ermənilərin bütün təcavüzkar planlarının, o cümlədən "böyük ermənistan" planının da üzərindən birdəfəlik xətt çəkmiş olacaq.
Rəsmi Bakının Qərbi azərbaycanlı soydaşlarımızın öz doğma yurdlarına qayıdışı uğrunda mübarizəni Azərbaycan dövlətinin və xalqının 44 günlük İkinci Qarabağ müharibəsindən sonrakı dövr üçün strateji hədəflərindən biri olaraq bəyan etməsi həm də ona görə Ermənistanın ictimai-siyasi dairələrində ciddi narahatlığa səbəb olur ki, qayıdışn baş tutması Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi ilə yanaşı, həmçinin Ermənistan dövlətinin xalqımıza məxsus tarixi-mədəni irsə qarşı vandal davranışının ifşa olunmasına səbəb ola bilər. Cənab Prezident də Qərbi Azərbaycana Qayıdışla bağlı beynəlxalq konfransın iştirakçılarına müraciətində bu məsələyə toxunaraq bildirib ki, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir.
Azərbaycanın dövlət başçısının bu çağırışı Ermənistan tərəfini fakt qarşısında qoyur. Rəsmi İrəvan indiyə qədər ölkə ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə verməkdən müxtəlif bəhanələrlə yayınıb. Çünki Ermənistandakı bütün mədəni və dini abidələrimiz, tarixi məkanlarımız, məscid və qəbiristanlıqlarımız məqsədyönlü şəkildə məhv edilib, bütövlükdə maddi və qeyri-maddi mədəni irsimizə ciddi zərbə vurulub. Ermənilər Qərbi azərbaycanlıları deportasiya etməklə həm etnik təmizləmə siyasəti, həm də kultursid, mədəni soyqırım siyasəti həyata keçiriblər.
Bu baxımdan, Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindəki mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun faktaraşdırıcı missiya göndərməsinə icazə verilməsi Ermənistanın barbar və vandal dövlət kimi bütün dünyada rüsvay olması ilə nəticələnə bilər. Bax, buna görə də ermənilər İlham Əliyevin çağırışlarından narahat olurlar. Lakin Azərbaycan Prezidentin çağırış və tələbləri öz işini görəcək. Ermənilər tərəfindən mədəni irsimizə qarşı həyata keçirilən barbar siyasət gec-tez ifşa olunacaq. Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına ləyaqətli qayıdış prosesi də mütləq baş tutacaq, tarixi ədalət öz yerini tapacaq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Dekabr 2024 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri