Qərbi azərbaycanlıların qayıdışı sülh konsepsiyasının ayrılmaz hissəsinə çevrilməlidir Dep…
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbi olmaqla, ümumbəşəri dəyərlərə hörmət, düşmənçilik səhifəsinin qapanması, xalqlar arasında qarşılıqlı anlaşma üçün zəruridir.
Bu barədə Prezident İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası-ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir.Qərbi Azərbaycanlıların tarixi torpaqlarına qayıtması və mədəni irsin qorunması mövzusu, regionda davamlı sülh və qarşılıqlı anlaşma baxımından əhəmiyyətli hesab edilir.Millət vəkili Hikmət Babaoğlu Sherg.az-a açıqlamasında Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtmalarının post-müharibə dövründə bərpa olunması vacib olan ilkin hüquqi şərtlərdən biri olduğunu söyləyib: "Bakıda keçirilən “Mədəni İrs və Qayıdış” adlı beynəlxalq konfransa Azərbaycan prezidentinin ünvanladığı məktubda da bu məsələyə toxunulur.
Prezident qeyd edir ki, Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtması legitim bir tələbdir.
Bu, həm beynəlxalq hüquqi aspektdə, həm də bəşəri dəyərlərə hörmət əlaməti olaraq qəbul edilə bilər.
Eyni zamanda düşmənçilik səhifəsinin bağlanmasına, xalqlar arasında qarşılıqlı anlaşmanın yaranmasına mühüm töhfə verə bilər.
Azərbaycan prezidentinin fikrincə, sülhün uzunmüddətli və davamlı olması üçün mütləq ictimai etimad mühitinin yaradılması vacibdir.
Bu etimadın ən effektiv yolu Qərbi Azərbaycanlıların tarixi torpaqlarına qayıdaraq orada yaşaması və qarşılıqlı birgə yaşayış modelinin müəyyənləşdirilməsidir.
Tam oxu
Xəbəri oxu