Icma.az
close
up
RU
Qərbi azərbaycanlıların qayıdışı sülh konsepsiyasının ayrılmaz hissəsinə çevrilməlidir Deputat

Qərbi azərbaycanlıların qayıdışı sülh konsepsiyasının ayrılmaz hissəsinə çevrilməlidir Deputat

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbi olmaqla, ümumbəşəri dəyərlərə hörmət, düşmənçilik səhifəsinin qapanması, xalqlar arasında qarşılıqlı anlaşma üçün zəruridir. Bu barədə Prezident İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası-ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir.

Qərbi Azərbaycanlıların tarixi torpaqlarına qayıtması və mədəni irsin qorunması mövzusu, regionda davamlı sülh və qarşılıqlı anlaşma baxımından əhəmiyyətli hesab edilir.

Millət vəkili Hikmət Babaoğlu Sherg.az-a açıqlamasında Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtmalarının post-müharibə dövründə bərpa olunması vacib olan ilkin hüquqi şərtlərdən biri olduğunu söyləyib: 

"Bakıda keçirilən “Mədəni İrs və Qayıdış” adlı beynəlxalq konfransa Azərbaycan prezidentinin ünvanladığı məktubda da bu məsələyə toxunulur. Prezident qeyd edir ki, Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtması legitim bir tələbdir. Bu, həm beynəlxalq hüquqi aspektdə, həm də bəşəri dəyərlərə hörmət əlaməti olaraq qəbul edilə bilər. Eyni zamanda düşmənçilik səhifəsinin bağlanmasına, xalqlar arasında qarşılıqlı anlaşmanın yaranmasına mühüm töhfə verə bilər. Azərbaycan prezidentinin fikrincə, sülhün uzunmüddətli və davamlı olması üçün mütləq ictimai etimad mühitinin yaradılması vacibdir. Bu etimadın ən effektiv yolu Qərbi Azərbaycanlıların tarixi torpaqlarına qayıdaraq orada yaşaması və qarşılıqlı birgə yaşayış modelinin müəyyənləşdirilməsidir. Bu, Ermənistan və Azərbaycan arasında sülhün möhkəmlənməsinə töhfə verə bilər".

Deputat vurğulayıb ki, Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı sülh konsepsiyasının ayrılmaz tərkib hissəsinə çevrilməli və Ermənistan bunu qəbul etməlidir:

"Əks təqdirdə, sadəcə kommunikasiyaların açılması və iqtisadi münasibətlərin inkişaf etdirilməsi ilə etimad mühiti yaratmaq mümkün olmayacaq. Burada mütləq insan amili, ictimai qarşılıqlı hörmət və mənəvi dəyərlər nəzərə alınmalıdır. Bu dəyərlərin təmin edilməsi üçün isə Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmaları vacibdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Dekabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri