Icma.az, Sitat.info saytına istinadən bildirir. "Mərkəzi Asiya Türk ölkələrinin Yunan Kiprində səfirlik açması Türk Dövlətləri Təşkilatının
Mərkəzi Asiya ölkələrinin Yunan Kiprdə səfirlik açması, Türk birliyinə zərbə kimi qiymətləndirilir.
Amma, Yunan Kipri BMT tərəfindən müstəqil dövlət kimi tanınır".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Şimali Kipr Türk Respublikasının da müstəqil dövlət kimi tanınması orada yaşayan türklərin təməl haqqıdır: " Vaxtı ilə Kiprin birləşdirilməsini nəzərdə tutan "Kofi-Annan" planana uyğun olaraq keçirilən referendumda yunanlar birləşmənin əleyhinə səs vermişdilər.
Bundan sonra, BMT Şimali Kipri müstəqil dövlət kimi tanımalı idi. Amma, Qərbin Türkiyəyə qarşı planı bunun qarşısını alır.
Hazırda Avropa İttifaqı yenidən BMT-də Kiprlə bağlı qətnaməni gündəmə gətirib. Məqsəd Türkiyəyə təzyiqləri artırmaqdır.
Politoloq qeyd edib ki, Qərbin Mərkəzi Asiyada öz maraqları var: "Son bir ildə Fransa prezidenti və Almaniya kansleri Mərkəzi Asiyaya səfər edib.