Icma.az
close
up
RU
Qərbin Mərkəzi Asiya planları: İran və Rusiya da məmnundur...

Qərbin Mərkəzi Asiya planları: İran və Rusiya da məmnundur...

Icma.az, Sitat.info saytına istinadən bildirir.

"Mərkəzi Asiya Türk ölkələrinin Yunan Kiprində səfirlik açması Türk Dövlətləri Təşkilatının parçalanmasına gətirib çıxarmayacaq. Mərkəzi Asiya ölkələrinin Yunan Kiprdə səfirlik açması, Türk birliyinə zərbə kimi qiymətləndirilir. Amma, Yunan Kipri BMT tərəfindən müstəqil dövlət kimi tanınır".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki,  Şimali Kipr Türk Respublikasının da müstəqil dövlət kimi tanınması orada yaşayan türklərin təməl haqqıdır: " Vaxtı ilə Kiprin birləşdirilməsini nəzərdə tutan "Kofi-Annan" planana uyğun olaraq keçirilən referendumda yunanlar birləşmənin əleyhinə səs vermişdilər. Bundan sonra, BMT Şimali Kipri müstəqil dövlət kimi tanımalı idi. Amma, Qərbin Türkiyəyə qarşı planı bunun qarşısını alır. Hazırda Avropa İttifaqı yenidən BMT-də Kiprlə bağlı qətnaməni gündəmə gətirib. Məqsəd Türkiyəyə təzyiqləri artırmaqdır.

Politoloq qeyd edib ki, Qərbin Mərkəzi Asiyada öz maraqları var: "Son bir ildə Fransa prezidenti və Almaniya kansleri Mərkəzi Asiyaya səfər edib. Bir müddət əvvəl, Özbəkistan prezidenti Fransada səfərdə oldu. Artıq Avropa İttifaqı da regiona siyasi və iqtisadi maraqlarının təmin edilməsi istiqamətində yeni strategiya ortaya qoyub. Fransa regionun uran ehtiyatlarına çıxış əldə etməyə çalışır. Afrikadan çıxan Fransa Mərkəzi Asiyada geosiyasi mövqelərini gücləndirir. Fransa və Almaniya Mərkəzi Asiyanın təbii sərvətlərini işlənməsi və Avropaya daşınmasıni planlaşdırır. Regionun təbii sərvətlərini Avropaya daşınmasına gəldikdə, Rusiya və İran üzərindən yolun rentabelliyi yoxdur. Azərbaycan üzərindən "Orta dəhliz" daha yaxın və təhlükəsizliyi cəlbedicidir. Qərb ölkələrinin məhz Azərbaycana üzərindən bu marşrutdan istifadə etməsi gözlənilir. 

Türkiyənin Mərkəzi Asiya siyasətinə qarşı Fransa və Almaniyanın müdaxiləsi İran -Rusiya tandemi tərəfindən məmnunluqla qarşılanır. Çünki, Turkiyənin türk dövlətlərini bir çətirdə birləşdirməsi Tehran və Moskvanı narahat edir. Xüsusilə, Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyi Qərbdə deyil. Türkiyə ilə sıx eyni təşkilat daxilində birləşməklə region ölkələri öz təhlükəsizliyini təmin edə bilər".

M.Əsədullazadə hesab edir ki, Mərkəzi Asiya ölkələrinin Rusiya və Çinlə rəqabətdə Avropa ölkələri ilə əməkdaşlığı iqtisadi inkişafa töhfə verəcək: " Amma, bu proses təhlükəsizlik təminatı verməyəcək. Əgər, Rusiya Qazaxıstan və Özbəkistana müdaxilə edərsə, Qərb səssiz qalacaq. Türkiyə regional bağlı təhlükəsizlik siyasi və iqtisadi strategiya malikdir. Bu da regionun təhlükəsizliyini və müstəqilliyini möhkəmləndirilməsinə gətirib çıxara bilər. Hazırda Avropa ölkələri ilə əməkdaşlıq Mərkəzi Asiya ölkələri üçün müsbət təhlükəsizlik perspektivi vəd etmir. Türkiyə aktiv şəkildə Türk dövlətləri ilə işləməli, Azərbaycan da prosesə.ciddi dəstək verməlidir. Yeni dünya siyasi nizamı quruculuğunda Ankaranın Mərkəzi Asiya siyasətinin fiaskoya uğraması gözlənilmir".

Tehran,

Sitat.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:323
embedMənbə:https://sitat.info
archiveBu xəbər 16 Aprel 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri