Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mirzə Xəzər səhifəsi Xəfif payız rüzgarı çinarların saralmış yarpaqlarını budaqlardan qoparıb Arvan çayının yatağına səpirdi.
Yazda aşıb-daşan Arvanın çoşqunluğundan əsər belə qalmamışdı.
Sanki təbiət payızın bu vədəsi qızılı çinar yarpaqlarından nə vaxtsa Arvana gələcək dalğaların qədəmlərinə əlvan xalı döşəyirdi.
Susuz Arvan dağlardan öz dərəsi boyu soyuq hava axınını çəkib gətirərək çınarlara yaxınlaşan qışın müjdəsini çatdırırdı.
Arvanın sağ sahilindəki məhəllənin sakinlərinin payız qayğıları ilə yanaşı alış-verişlərinin də qələbəliyi hiss olunurdu.
Ta qədimdən göyçaylılar payız aylarını toy mövsümü hesab etdiyindən məhəllədəki zərgər dükanında müştərilərin çoxluğu nəzərə çarpırdı.
Eynən papaqçı və dərzi köşklərinə baş çəkən müsafirlərin də sayı xeyli artmışdı.