Icma.az
close
up
RU
Qərib Məzarlar PƏRVİZ YƏHYALI YAZIR

Qərib Məzarlar PƏRVİZ YƏHYALI YAZIR

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mirzə Xəzər səhifəsi

Xəfif payız rüzgarı çinarların saralmış yarpaqlarını budaqlardan qoparıb Arvan çayının yatağına səpirdi. Yazda aşıb-daşan Arvanın çoşqunluğundan əsər belə qalmamışdı. Sanki təbiət payızın bu vədəsi qızılı çinar yarpaqlarından nə vaxtsa Arvana gələcək dalğaların qədəmlərinə əlvan xalı döşəyirdi. Susuz Arvan dağlardan öz dərəsi boyu soyuq hava axınını çəkib gətirərək çınarlara yaxınlaşan qışın müjdəsini çatdırırdı. Arvanın sağ sahilindəki məhəllənin sakinlərinin payız qayğıları ilə yanaşı alış-verişlərinin də qələbəliyi hiss olunurdu. Ta qədimdən göyçaylılar payız aylarını toy mövsümü hesab etdiyindən məhəllədəki zərgər dükanında müştərilərin çoxluğu nəzərə çarpırdı. Eynən papaqçı və dərzi köşklərinə baş çəkən müsafirlərin də sayı xeyli artmışdı. Kərim kişi də qışa hazırlığın qızğın dövrünü qayğıların ağuşunda keçirirdi. O, ev üçün odun, ərzaq tədarükü ilə yanaşı məhəllə sənətkarları kimi mövsümdən mümkün qədər pul-para əldə etməyə çalışırdı. Bu günlər qonşuları zarafatla ona bir az da çox işləməlisən deməsi səbəbsiz deyildi. Onun adını Mirzə qoyduğu oğlu 1947-ci ilin 29 oktyabrda doğulmuşdur. Müharibədən sonra Göyçayda da həyat yavaş-yavaş öz axarına qaydırdı. İstiqanlı, mehriban göyçaylılar bərəkətli Göyçay torpağında insan əlinin qabarından, alın tərinin bəhrəsindən hasil olunan ruzini həmişə açıq ürəklə bölüşməyi sevmişlər. Qədim Şirvan elinin bu səfalı guşəsi qoynuna pənah gətirənlərə həmişə qucaq açmışdır. Həftəran vadisinin Mücü köyündən bura gəlmiş bütöv məhəllə də sadə və saf insanları ilə Göyçayın sayılıb-seçilən sakinləri idi.
Əllinci illərin əvvəllərində Mikayılovlar ailəsinin kiçik yaşlı nümayədəsi Mirzə digər yaşıdları kimi məktəbə gedir və həmin illərin uşaqlarının sehrinə bənd olduğu radioya qulaq asmağı çox xoşlayırdı. El arasında “52” adlanan radioqəbuledici sözün əsl mənasında balaca Mirzəni ovsunlamışdır. Çox keçmir ki, onun radio sevgisi təhsil aldığı Göyçay 3-nömrəli orta məktəbin radio qovşağında məktəb xəbərlərini oxumasına gətrib çıxarır. Mirzə Mikayılov 1954–cü ildə birinci sinfinə daxil olduğu məktəbin həyatında digər yaşıdlarından fərqlənirdi. Balaca Mirzənin özünün yazdığı mətnlər nədənsə məktəb pioner təşkilatını “senzura” sından keçmirdi. Ona bir qayda olaraq radio qovşağında həftə ərzində məktəb üzrə 5 və 2 qiymət alan şağirdlərin ad və soyadını oxutdurur, ara-sıra isə kommunist partiyasının xalqın rifahına yönəlmiş addımlarından bəhs edən hazır mətnlə çıxış verirdilər. Çox sonralar Mirzə müsahibələrinin birində həmin illərdə 3 və 4 alan şagirdlərə haqsızlıq edildiyini düşündüyünü etraf etmişdir. 1964-cü ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsinə daxıl olmasını da məhz məktəbli olduğu zaman digər sahələrdə istedadı olan şağird yoldaşlarına haqsızlıq edildiyindən qaynaqlandığını deyən Mirzə 1969-cu ildə universiteti bitirərək vəkillik fəaliyyətinə başlayır. O, 1974- cü ilin sonuna qədər Sumqayıtda vəkil kimi fəaliyyət göstərir. Yetmişinci illərin ortaları elə bir zaman kəsiyidir ki,hər şeyin bir rəngdən ibarət olduğunu diktə edən cəmiyyət eyiblərini dilə gətirmək faktiki mümkünsüz idi. Hüquqşünas Mirzə Mikaylov dissident kimi həbsxana həyatı yaşamaq ya da Sovetlər Birliyindən mühacirət etmək dilemması qarşısında ikinci yolu seçir. O, İsrailə mühacirət edərək, Təl-Əviv universitetinə daxil olur. 1975-76-cı illərdə İsrail ordusunda əsgəri xidmət keçən Mirzə ABŞ-a dəvət alır. “Amerikanın Səsi” radiosunun 1976-85-ci illərdə Azərbaycan bölməsinə rəhbərlik edən Mirzə buradakı fəaliyyətilə bütün dünya azərbaycanlılarının sevimlisinə çevrilir. 1977-ci ildə özünə Xəzər təxəllüsü götürən Mirzə Mikayılov radiojurnalistika sahəsində çox ciddi uğurlara imza atır. Onunu təhlil süzgəcindən keçirdiyi müddəalar, Azərbaycan xalqının milli oyanış prosesinə verdiyi tövhələr hamının diqqətini çəkir. Mirzə Xəzər qeyri-adi səs tembrinə malik unikal səs sahibi olmaqla XX əsrin 70-80- ci illərində Azərbaycanın Qərbdə səsi idi. O, tariximizə, mədəniyyətimizə sovet dönəmindəki baxış bucağının tam fərqlisini sərgiləyirdi.
Münhenə, Azadlıq radiosunun Azərbaycan bölməsinə dəvət alan Mirzə Xəzər 1987-2003-cü illərdə sələfl Əbo bəy Fətəlibəyli kimi Azadlıq radiosunun Azərbaycan bölməsinə rəhbərlik edib. Bu o illər idi ki, xalqımız erməni təcavüzünə məruz qalır, Kreml ənənəvi antiazərbaycan siyasətilə açıq-açığına milli hislərimizlə oynayırdı.
Qəlbi həmişə Azərbaycanla döyünən yazıçı, jurnalist, tərcüməçi Mirzə Xəzər bütün varlığı ilə yanında olduğu xalqının həmin illərdə dünyaya hayqıran səsi oldu. Azərbaycan 1990-cı ilin 20 yanvar acısını yaşayarkən mənfur Kreml məhz səsimizi boğmaq üçün ilk növbədə informasiya blokadası yaradaraq törətdiyi cinayətlərdən dünyanın xəbər tutmamasına çalışıdi. Fəqət Mirzə Xəzər bütün imkanlardan istifadə edərək əlində olan resurslarla o blokadanı yara bildi. Düzdür texniki dəstək, maliyə ABŞ-dan qaynaqlanırdı. Ancaq məhz Mirzə Xəzərin o titrək səsi bütün dünya azərbaycanlılarını haqqının uğrunda mübariz olmağa köklədi. Xalq olaraq Bakı qırğınının törədildiyi o müdhiş tarixdə Mirzə Xəzərin səsindən toparlanaraq ruh düşkünlüyünü yaxın buraxmayan Azərbaycan öz haqq etdiyi haqqı uğrunda daha da mübariz oldu. Azadlığın, Mirzə Xəzərin səsini texniki cəhətdən batırmaqda aciz olan imperiya rəsmi qaydada ABŞ-a etiraz ünvanladı. Kim bilir, bəlkə də hansısa bazarlıq da olub. 90-cı illərin əvvələrindən başlayaraq əvvəl Münhendə daha sonra Praqadan yayımlanan Azadlıq radiostansiyasının Azərbaycan bölməsinin işində ABŞ tərəfindən uzun-uzadı yoxlamalar aparıldı. Şər qüvvələrin boğmaq istədiyi haqq səsi, Mirzə Xəzər səsinin susdurulmasına cəhdlər edildi. Və nəhayət 2003-ci ildə Mirzə öz sevimli radiosundan uzaqlaşdırıldı.
Mirzə Xəzər həm də tərcüməçi kimi Əsəd bəyin “Əli və Nino” əsərini alman dilindən Azərbaycan dilinə tərcümə etmişdir. O, bu əsəri Yusif Səmədoğlunun xahişi ilə tərcümə edib. Əsərin “Azərbaycan” jurnalında dərcindən əldə olunan qonararı isə 20 yanvar şəhidlərindən birinin ailəsinə bağışlayan böyük ədib həm də şəfqət missiyası ilə xalqımızın yanında olduğunu bir daha göstərmişdir.
Ömrünün son on ilini əsasən ədəbi yaradıcılığa həsr edən Mirzə Xəzərin Azərbaycanla döyünən ürəyi məhz daim əzablı ağrı ilə yaşadığı yanvar ayına təsadüf etdi. Göyçaydan, Arvan sahilindən başlanan ömür yolu Bakı, Sumqayıt, Təl-Əviv, Vaşinqton, Praqadan keçərək Almaniyada, Münhendə, 31 yanvar 2020- ci cu ildə sona yetdi. İndi onun Bavariya səmalarında dolaşan ruhu bir cənub şəhərinin çinar yarpaqlarının xışıltısana həsrət-həsrət boylanır. Onun uşaqlığının, ilk gəncliyini şahidi Göyçayın xan çinarları isə yenə hər payız Arvan çayının yatağına qızılı yarpaqlarından xalı döşəyir.
Bəlkə də ruhlar qoşulub payız rüzgarlarına doğma yerlərə, ən isti xatirələrə baş çəkməyə gəlcək deyə…

Pərviz Yəhyalı

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Yanvar 2026 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see268

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see183

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see175

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see164

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri