Qətər Dövlətinin heyəti XİN də

28.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Noyabrın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycan – Qətər münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər beynəlxalq təşkilatlar çərçivə­sində əməkdaşlığın, xüsusilə İslam Əmək­daşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəa­liyyətin əhəmiyyətini vurğulayıblar.

Oktyabrın 15-də Bakıda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı məmnunluqla qeyd olunub.

Görüşdə, həmçinin qarşı tərəfə Azər­baycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi prioritetləri və Bakıda keçiriləcək İƏT-in Zirvə Görüşü barədə məlumat verilib.

Bununla yanaşı, Yaxın Şərqdə və digər regionlarda mövcud vəziyyət, regional və beynəlxalq təhlükəsizlik məsələləri, qarşı­lıqlı maraq doğuran digər mövzular ətra­fında fikir mübadiləsi aparılıb.

Eyni gündə, həmçinin Azərbaycan və Qətər Xarici İşlər nazirlikləri arasında si­yasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azər­baycan tərəfindən nazir müavini Yalçın Rəfiyev, Qətər tərəfindən isə xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mu­reyxi rəhbərlik edib. 

Məsləhətləşmələr çərçivəsində ikitərəf­li münasibətlərin müxtəlif aspektləri, o cümlədən iqtisadi və humanitar sahədə əməkdaşlıq imkanları müzakirə olunub.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью