Qətər Dövlətinin heyəti XİN də
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Noyabrın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycan – Qətər münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıblar.
Oktyabrın 15-də Bakıda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı məmnunluqla qeyd olunub.
Görüşdə, həmçinin qarşı tərəfə Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi prioritetləri və Bakıda keçiriləcək İƏT-in Zirvə Görüşü barədə məlumat verilib.
Bununla yanaşı, Yaxın Şərqdə və digər regionlarda mövcud vəziyyət, regional və beynəlxalq təhlükəsizlik məsələləri, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, həmçinin Azərbaycan və Qətər Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Yalçın Rəfiyev, Qətər tərəfindən isə xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi rəhbərlik edib.
Məsləhətləşmələr çərçivəsində ikitərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iqtisadi və humanitar sahədə əməkdaşlıq imkanları müzakirə olunub.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 28 Noyabr 2026 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















