Qətər İnkişaf Fondu 526 milyon dollar dəyərində 16 strateji saziş imzalayıb | Icma.az
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır. Qətər İnkişaf Fondu 1,92 milyard rial (526 milyon dollar) dəyərində 16 strateji s
Sənədlər dünyanın müxtəlif ölkələrindən 17 milyon benefisiara yönəlmiş geniş humanitar və inkişaf təşəbbüslərini dəstəkləmək məqsədi güdür.
AZƏRTAC Fonda istinadla xəbər verir ki, imzalanma mərasimində Qətər İnkişaf Fondunun İdarə Heyətinin sədri, şeyx Tani bin Həmd bin Xəlifə əl Tani, dövlətlərarası əməkdaşlıq üzrə dövlət naziri və Fondun sədr müavini Məryəm bint Əli bin Nasir əl-Musnəd, həmçinin Syerra-Leonenin kənd təsərrüfatı və qida təhlükəsizliyi nazirinin müavini Tereza Tinye Dik, Bosniya və Herseqovina rəsmiləri, Qətərdəki səfirliklərin nümayəndələri və BMT təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Məryəm əl-Musnəd bildirib ki, Qətər İnkişaf Fondu vasitəsilə atılan son addımlar yalnız beynəlxalq öhdəlik deyil, eyni zamanda, ölkənin insani dəyərlərə dərin hörmətinin əksidir.
“Biz insan kapitalına yatırımı ən doğru investisiya hesab edirik.
Bu sazişlər daha ədalətli və sabit cəmiyyətlərin qurulmasında atılan konkret addımlardır və milyonlarla insanın həyatında müsbət dəyişikliklərə səbəb olacaq.
Qətər qlobal inkişaf səylərində daim fəal tərəfdaş olaraq qalacaq və insanı hər zaman prioritet olaraq görəcək", - deyə qurum sədrinin müavini vurğulayıb.
İmzalanan sazişlər Qətərdə fəaliyyət göstərən bir sıra aparıcı tərəfdaşlarla, o cümlədən Qətər Təhsil, Elm və Cəmiyyətin İnkişafı Fondu, Əfqanıstan Amerika Universiteti, Qətər Xeyriyyə Təşkilatı, "Hamı üçün təhsil " Fondu və Qətər Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Tam oxu
Xəbəri oxu