Icma.az
close
up
RU
Qətər İnkişaf Fondu 526 milyon dollar dəyərində 16 strateji saziş imzalayıb

Qətər İnkişaf Fondu 526 milyon dollar dəyərində 16 strateji saziş imzalayıb

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Qətər İnkişaf Fondu 1,92 milyard rial (526 milyon dollar) dəyərində 16 strateji saziş imzalayıb. Sənədlər dünyanın müxtəlif ölkələrindən 17 milyon benefisiara yönəlmiş geniş humanitar və inkişaf təşəbbüslərini dəstəkləmək məqsədi güdür.

AZƏRTAC Fonda istinadla xəbər verir ki, imzalanma mərasimində Qətər İnkişaf Fondunun İdarə Heyətinin sədri, şeyx Tani bin Həmd bin Xəlifə əl Tani, dövlətlərarası əməkdaşlıq üzrə dövlət naziri və Fondun sədr müavini Məryəm bint Əli bin Nasir əl-Musnəd, həmçinin Syerra-Leonenin kənd təsərrüfatı və qida təhlükəsizliyi nazirinin müavini Tereza Tinye Dik, Bosniya və Herseqovina rəsmiləri, Qətərdəki səfirliklərin nümayəndələri və BMT təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Məryəm əl-Musnəd bildirib ki, Qətər İnkişaf Fondu vasitəsilə atılan son addımlar yalnız beynəlxalq öhdəlik deyil, eyni zamanda, ölkənin insani dəyərlərə dərin hörmətinin əksidir. “Biz insan kapitalına yatırımı ən doğru investisiya hesab edirik. Bu sazişlər daha ədalətli və sabit cəmiyyətlərin qurulmasında atılan konkret addımlardır və milyonlarla insanın həyatında müsbət dəyişikliklərə səbəb olacaq. Qətər qlobal inkişaf səylərində daim fəal tərəfdaş olaraq qalacaq və insanı hər zaman prioritet olaraq görəcək", - deyə qurum sədrinin müavini vurğulayıb.

İmzalanan sazişlər Qətərdə fəaliyyət göstərən bir sıra aparıcı tərəfdaşlarla, o cümlədən Qətər Təhsil, Elm və Cəmiyyətin İnkişafı Fondu, Əfqanıstan Amerika Universiteti, Qətər Xeyriyyə Təşkilatı, "Hamı üçün təhsil " Fondu və Qətər Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

"Hamı üçün təhsil " Fondu ilə imzalanan iki saziş 15 milyondan çox uşaq və gənci əhatə edir. Bura əfqan tələbələr üçün təqaüd proqramının dəstəklənməsi də daxildir.

Qətər Qızıl Aypara Cəmiyyəti ilə imzalanmış altı saziş 294 487 nəfəri əhatə edir. Bu sənədlərə Suriyada “Ağ dəbilqəlilər” layihəsinin yeni mərhələsi üçün təcili yardım qrantı, Kabildəki İndira Qandi adına uşaq xəstəxanasında ürək mərkəzinin dəstəklənməsi, Suriyaya humanitar yardım, İordaniyada Zaatari qaçqın düşərgəsində uşaqlar üçün oyun meydançasının genişləndirilməsi, Qviana Respublikasında uşaqlar və böyüklər üçün “Xeyriyyə karvanı” layihəsi, Qvineya-Bisaunun Qabu regionunda bazarda baş vermiş yanğın nəticəsində zərərçəkənlərə təcili yardım layihəsi üzrə sazişlər daxildir.

Fond tərəfindən, həmçinin Qətər Təhsil Fondu ilə əməkdaşlıq çərçivəsində Əfqanıstan Amerika Universitetinin müvəqqəti olaraq Qətərdə yerləşməsi ilə bağlı saziş imzalanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 İyul 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri