Qeyri qanuni BQXK: qaçaqmalçılıq, hərbi cinayət... Faktlar | Icma.az
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK- İCRC) Azərbaycan nümayəndəliyinin bağlanacağı haqda məlumatlar yayılıb.
Bu, BQXK-nın Azərbaycanın suverenliyinə qarşı törətdiyi əməllərə diqqət çəkir və bir sualı aktuallaşdırır: belə bir təşkilatın Azərbaycanda fəaliyyətinə ehtiyac varmı?
BQXK-nın nizamnaməsinə görə, təşkilatın əsas missiyası beynəlxalq və daxili münaqişələr zamanı qurbanları - qaçqınları, mülki şəxsləri, əsirləri, yaralıları, qeyri-döyüşçüləri qorumaqdır və bunu edərkən dini-etnik ayrı-seçkiliyə yol verməməlidir.
Azərbaycan iki müharibədə - I və II Qarabağ döyüşlərində bunun tam əksi ilə üzləşib.
Birinci Qarabağ müharibəsində BQXK itkin və əsir düşən 4 min azərbaycanlının taleyinin müəyyən edilməsi məsələsində heç bir iş görmədi.
Həmin vaxt Ermənistanda saxlanılan azərbaycalı əsirlərlə BQXK-nın görüşdüyü məlum idi, lakin komitə nə onların saxlanılma şəraiti, nə də sonrakı taleyi ilə bağlı məlumatları Azərbaycana vermədi və missiyasını icra etməkdən imtina etdi.
Eyni münasibətlə İkinci Qarabağ müharibəsində də qarşılaşdıq.
Tam oxu
Xəbəri oxu