Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Qeyri qanuni BQXK: qaçaqmalçılıq, hərbi cinayət... Faktlar

Qeyri qanuni BQXK: qaçaqmalçılıq, hərbi cinayət... Faktlar

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK- İCRC) Azərbaycan nümayəndəliyinin bağlanacağı haqda məlumatlar yayılıb. Bu, BQXK-nın Azərbaycanın suverenliyinə qarşı törətdiyi əməllərə diqqət çəkir və bir sualı aktuallaşdırır: belə bir təşkilatın Azərbaycanda fəaliyyətinə ehtiyac varmı?

BQXK-nın nizamnaməsinə görə, təşkilatın əsas missiyası beynəlxalq və daxili münaqişələr zamanı qurbanları - qaçqınları, mülki şəxsləri, əsirləri, yaralıları, qeyri-döyüşçüləri qorumaqdır və bunu edərkən dini-etnik ayrı-seçkiliyə yol verməməlidir. Azərbaycan iki müharibədə - I və II Qarabağ döyüşlərində bunun tam əksi ilə üzləşib.

Birinci Qarabağ müharibəsində BQXK itkin və əsir düşən 4 min azərbaycanlının taleyinin müəyyən edilməsi məsələsində heç bir iş görmədi. Həmin vaxt Ermənistanda saxlanılan azərbaycalı əsirlərlə BQXK-nın görüşdüyü məlum idi, lakin komitə nə onların saxlanılma şəraiti, nə də sonrakı taleyi ilə bağlı məlumatları Azərbaycana vermədi və missiyasını icra etməkdən imtina etdi. Eyni münasibətlə İkinci Qarabağ müharibəsində də qarşılaşdıq.

44 günlük müharibədən sonra BQXK-nin fəaliyyəti “erməni missiyasına” əsaslanırdı: 1700-dən çox erməni hərbçinin cəsədi məhz bu komitənin vasitəsilə Ermənistana təhvil verildi;

BQXK-nın fəaliyyətində “qurban azərbaycanlıdırsa, heç bir addım atılmamalı, qurban ermənidirsə, hərəkətə keçilməlidir” prinsipi aydın görünürdü. Hərçənd komitənin Azərbaycana qarşı fəaliyyəti bununla yekunlaşmır.

BQXK-nın Bakıda ofisinin olmasına baxmayaraq, 2020-ci ildə Azərbaycana heç bir məlumat verilmədən Xankəndində ofisi fəaliyyətə başlandı. Bu, həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq hüquqa zidd addımdır.

- Komitənin Bakı ofisi fəaliyyət göstərdiyi halda Azərbaycanın suveren ərazisində qeyri-qanuni olaraq, ikinci ofisin açılması suverenliyimizin pozulması idi;

- Xankəndidə açılan ofisin BQXK-nın Ermənistandakı nümayəndəliyinə tabe olması Azərbaycan daxilində separatizmin körüklənməsi, ərazi bütövlüyü və suverenliyimizə qarşı fəaliyyətin stimullaşdırılması məqsədi daşıyırdı.

Azərbaycanın dəfələrlə müraciət etməsinə baxmayaraq, BQXK qeyri-qanuni fəaliyyətindən əl çəkmədi, əksinə, qeyri-qanuni fəaliyyətini daha da genişləndirdi. 2022-ci ilin 12 dekabrında azərbaycanlı ekofəallar Laçın yolunda aksiyaya başladıqdan sonra Xankəndidə qalmış separatçılar üçün situasiya dəyişdi. Buna qədər silah-sursat və qeyri-qanuni yüklərin daşınmasını asanlıqla həyata keçirən dəstənin belə imkanları azaldı. 2023-cü ilin 23 aprelində Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulmasından sonra isə tamamilə çıxılmaz vəziyyətə düşdülər.

BQXK məhz bu məqamda dövriyyəyə daxil olaraq, “humanitar missiyası” adı altında Ermənistandan qeyri-qanuni yüklər və silah-sursatın daşınmasını üzərinə götürdü.

Dövlət Sərhəd Xidmətinin 2023-cü ilin iyul ayında Laçın sərhəd-buraxılış məntəqəsində BQXK əməkdaşlarının komitənin embleminin olduğu avtomobillərlə qaçaqmalçılıq etmək cəhdini aşkarlaması bütün faktları ortaya çıxardı. Məlum oldu ki, BQXK-nın 2022-ci ilin dekabrından – ekofəalların aksiyası başlamasından sonra Xankəndidə qalmış separatçı dəstənin dəstəklənməsi məqsədilə “humanitar missiya”dan sui-istifadə edib.

Araşdırmalar nəticəsində BQXK-nın Azərbaycan ərazisində Ermənistanın xeyrinə qaçaqmalçılıq və casusluq fəaliyyəti ifşa olundu.

2023-cü ildə DSX-nın Laçın sərhəd-buraxılış məntəqəsində keçirdiyi əməliyyat zamanı komitəyə məxsus avtomobillərdə bəyan olunmamış mobil telefon və aksesuarları, siqaretlər və yanacaq qaçaqmalçılığının həyata keçirildiyi faktının ortaya çıxması diqqət BQXK-nın silah qaçaqmalçılığına yönəltdi. Çünki Xankəndidəki separatçıların qeyri-qanuni yollarla silah daşımasının qarşısı alınsa da, 2023-cü ilin 20 sentyabrında keçirilən anti-terror tədbirləri zamanı kifayət qədər hərbi resurslarının olduğu ortaya çıxdı.

Məlumatlara görə, separatçı dəstə silah daşınmasını BQXK vasitəsilə təmin edə biliblər. 2022-ci ildə Laçın yolunda aksiya keçirən ekofəallar, eləcə də 2023-cü ildə Laçın postu qurulandan sonra sərhədçilərimiz komitənin avtomobillərinə “humanitar missiya”nın keçirilməsi prinsipindan yanaşırdılar. BQXK isə bundan sui-istifadə edərək, separatçı dəstənin ehtiyacı olan malların və silah-sursatın daşınmasını həyata keçirib.

BQXK-nın “humanitar missiya” adı altında digər qeyri-qanuni fəaliyyəti Azərbaycana qarşı casusluğun edilməsi olub. Komitənin əməkdaşları bölgədə maneəsiz hərəkət imkanına malik idilər və onların Azərbaycan ordusunun mövqeləri ilə bağlı topladıqları məlumatları Ermənistanın hərbi rəhbərliyinə, eləcə də Xankəndidəki silahlı dəstələrə ötürdüyünə dair ciddi şübhələr var. Vaxtilə BQXK-nın iki livanlı əməkdaşının hərbi sirr sayılan məlumatlar toplaması və buna görə Azərbaycanda persona non-qrata elan olunması da komitənin casusluq fəaliyyətinə diqqət çəkir.

BQXK təkcə silah və digər qeyri-qanuni malların qaçaqmalçılığı ilə yox, həm də insan qaçaqmalçılığı ilə məşğul olub. Laçın yolunda ekofəaların asiyası zamanı və Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından sonra ermənilərin qaldığı ərazilərdən xəstələrin BQXK tərəfindən Ermənistana daşınmasına və humanitar yüklərin keçidinə şərait yaradılmışdı. Əsas diqqətçəkən məqam BQXK-nın gündə bir neçə dəfə Ermənistana “xəstə” aparması idi.

Məlumatlara görə, komitə Azərbaycana qarşı hərbi cinayətlər törətmiş erməniləri “xəstə” adı altında Ermənistana keçirirmiş. Ermənistan mediasının iki kriminal şəxsin 10 min dollar qarşılığında Qarabağdan Ermənistana keçirildiyi halda yaydığı məlumatlar da BQXK-nın bu fəaliyyətini sübut edir.

Bütün bunlar BQXK-nın 44 günlük müharibədən sonra Azərbaycana qarşı törətdiyi əməllərdir. Hərçənd komitənin 44 günlük müharibə zamanı da Azərbaycan ordusunun hərəkətinə maneələr yaratdığı haqda məlumatlar var. Hətta ordumuzun Füzuli istiqamətində hücuma keçməsinə və Laçın istiqamətində irəliləməsinə maneələr yaratmağa çalışan da BQXK idi.

Suverenliyimizə qəsd edən, “humanitar missiya” adı altında ölkəmizə qarşı fəaliyyət göstərmiş BQXK-nın Azərbaycanda mövcudluğuna son qoyulmasının vaxtı çoxdan çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://axar.az
archiveBu xəbər 04 Mart 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see248

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see202

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see163

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see155

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see139

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri