Qeyri yaşayış obyektlərinin sənədləşdirilməsi üçün sadələşdirilmiş prosedur üzrə müraciət …
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq. Azərbaycan Prezidentinin 14 iyun 2023-cü il tarixli “Qeyri-yaşayış təyinatlı bəzi tikinti o
Bu barədə "APA-Economics"ə Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, onlardan 4 196 obyekt üzrə mülkiyyət hüquqları dövlət reyestrində rəsmiləşdirilərək hüquq sahiblərinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən çıxarış təqdim olunub.
İstismarına icazə verilən obyektlərə çıxarışların təqdim olunması davam etdirilir.
Fərmana əsasən tikinti-quraşdırma işləri 2023-cü il iyunun 1-dək başa çatmış, şəhərsalma və tikinti qanunvericiliyinin ayrı-ayrı tələblərinə tam riayət olunmadan inşa olunmuş qeyri-yaşayış təyinatlı obyektlərin istismarına icazə sənədinin verilməsi ilə bağlı müraciətlərin qəbulu prosesi Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən hazırda davam edir.
1 yanvar 2026-cı il tarixinədək sözügedən quruma müraciət edən obyekt sahibləri sadələşdirilmiş prosedurdan yararlanmaq hüququna malik olacaqlar.
Bu prosedura əsasən, ilkin sənədlər təqdim edildikdən sonra müraciətlər xüsusi elektron portal üzərindən qeydiyyata alınır.
Tələb olunan tam sənədlər paketinin təqdim edilməsindən sonra məlumatlar müvafiq müayinələrin aparılması üçün aidiyyəti dövlət qurumlarına yönləndirilir.
Tam oxu
Xəbəri oxu