Icma.az
close
up
RU
Qeyri yaşayış obyektlərinin sənədləşdirilməsi üçün sadələşdirilmiş prosedur üzrə müraciət müddəti yekunlaşır

Qeyri yaşayış obyektlərinin sənədləşdirilməsi üçün sadələşdirilmiş prosedur üzrə müraciət müddəti yekunlaşır

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Azərbaycan Prezidentinin 14 iyun 2023-cü il tarixli “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrasına başlanıldığı dövrdən indiyədək 5 557 daşınmaz əmlak obyektinin istismarına icazə verilib.

Bu barədə "APA-Economics"ə Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, onlardan 4 196 obyekt üzrə mülkiyyət hüquqları dövlət reyestrində rəsmiləşdirilərək hüquq sahiblərinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən çıxarış təqdim olunub. İstismarına icazə verilən obyektlərə çıxarışların təqdim olunması davam etdirilir.

Fərmana əsasən tikinti-quraşdırma işləri 2023-cü il iyunun 1-dək başa çatmış, şəhərsalma və tikinti qanunvericiliyinin ayrı-ayrı tələblərinə tam riayət olunmadan inşa olunmuş qeyri-yaşayış təyinatlı obyektlərin istismarına icazə sənədinin verilməsi ilə bağlı müraciətlərin qəbulu prosesi Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən hazırda davam edir. 1 yanvar 2026-cı il tarixinədək sözügedən quruma müraciət edən obyekt sahibləri sadələşdirilmiş prosedurdan yararlanmaq hüququna malik olacaqlar.

Bu prosedura əsasən, ilkin sənədlər təqdim edildikdən sonra müraciətlər xüsusi elektron portal üzərindən qeydiyyata alınır. Tələb olunan tam sənədlər paketinin təqdim edilməsindən sonra məlumatlar müvafiq müayinələrin aparılması üçün aidiyyəti dövlət qurumlarına yönləndirilir. Aidiyyəti dövlət qurumlarının müsbət rəyi olarsa, obyektlərin istismarına icazə sənədi verilir. Obyekt sahibləri bu sənəd əsasında Əmlak Məsələləri Dövlət Xidmətinə çıxarışın alınması ilə bağlı müraciət edə bilərlər.

Obyektlərin qanuniləşdirilməsi sahibkarlara mülkiyyət hüquqlarının tam rəsmiləşdirilməsi, aktivlərin girov qoyulması yolu ilə maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi, həmçinin təhlükəsizlik və istismar standartlarına uyğunluğun təmin edilməsi kimi mühüm üstünlüklər yaradır. Fərmanın icrası nəticəsində rəsmiləşdirilmiş 4 196 qeyri-yaşayış obyektinin ümumi bazar dəyəri təxminən 4 milyard manat təşkil edir ki, bu da ölkə iqtisadiyyatına əlavə kapitallaşma və biznes fəaliyyətinin rəsmiləşdirilməsi baxımından əhəmiyyətli töhfədir.

Bununla yanaşı, adıçəkilən Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 2026-cı il 1 iyun tarixinədək istismar icazəsi olmayan qeyri-yaşayış binalarında torpaq və tikinti qanunvericiliyinin tələbləri pozularaq inşa edilməsindən yaranan problemlərin aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin təşkil olunması tapşırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 Dekabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri