Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Heydər Əliyev Fondunun dəstəyi, bp şirkətinin sponsorluğu və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Neft bumu hamıya gülümsəyir” festivalı çərçivəsində yanvarın 17-də Müasir İncəsənət Muzeyində “Qeyzer” adlı müasir incəsənət sərgisinin açılışı olub.
Sərginin açılışında Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, rəsmi qonaqlar, tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.
2025-ci ilin noyabrından 2026-cı ilin fevralına qədər keçirilən “Neft bumu hamıya gülümsəyir” festivalı Azərbaycanın görkəmli yazıçısı Maqsud İbrahimbəyovun yaradıcılıq irsinə həsr olunub və neft bumu dövrünün mədəni və tarixi konteksti ətrafında qurulub.
Müxtəlif incəsənət sahələrini bir araya gətirən festival müəllifin ədəbi mətnlərində yer alan transformasiya, gözlənti və daxili gərginlik mövzularına müraciət edir.
“Qeyzer” müasir incəsənət sərgisi festivalın əsas layihələrindən biridir.
“Neft bumu hamıya gülümsəyir” pyesinə konseptual istinad kimi yanaşaraq, o, şəxsi təcrübə ilə kollektiv tarixin qovuşduğu anlayışa immersiv baxış təqdim edir.
Sərginin açılışında çıxış edən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova bu günün festival üçün xüsusi əhəmiyyət daşıdığını deyib: “Bu gün həqiqətən möhtəşəm bir hadisədir, çünki festivalda gənc və istedadlı rəssamlar iştirak edirlər.