Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

“Qeyzer” müasir incəsənət sərgisi

“Qeyzer” müasir incəsənət sərgisi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Heydər Əliyev Fondunun dəstəyi, bp şirkətinin sponsorluğu və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Neft bumu hamıya gülümsəyir” festivalı çərçivəsində yanvarın 17-də Müasir İncəsənət Muzeyində “Qeyzer” adlı müasir incəsənət sərgisinin açılışı olub.

Sərginin açılışında Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, rəsmi qonaqlar, tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.

2025-ci ilin noyabrından 2026-cı ilin fevralına qədər keçirilən “Neft bumu hamıya gülümsəyir” festivalı Azərbaycanın görkəmli yazıçısı Maqsud İbrahimbəyovun yaradıcılıq irsinə həsr olunub və neft bumu dövrünün mədəni və tarixi konteksti ətrafında qurulub. Müxtəlif incəsənət sahələrini bir araya gətirən festival müəllifin ədəbi mətnlərində yer alan transformasiya, gözlənti və daxili gərginlik mövzularına müraciət edir.

“Qeyzer” müasir incəsənət sərgisi festivalın əsas layihələrindən biridir. “Neft bumu hamıya gülümsəyir” pyesinə konseptual istinad kimi yanaşaraq, o, şəxsi təcrübə ilə kollektiv tarixin qovuşduğu anlayışa immersiv baxış təqdim edir.

Sərginin açılışında çıxış edən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova bu günün festival üçün xüsusi əhəmiyyət daşıdığını deyib: “Bu gün həqiqətən möhtəşəm bir hadisədir, çünki festivalda gənc və istedadlı rəssamlar iştirak edirlər. Məni xüsusilə sevindirən məqam iştirakçıların bir çoxunun sadəcə çıxış etməsi deyil, həm də ideyalar üzərində dərindən düşünməsi və Maqsud İbrahimbəyovun kitablarına müraciət etməsidir”.

Anna İbrahimbəyova qeyd edib ki, təqdim olunan əsərlər daha çox təəssürat, şəxsi interpretasiya və bədii reaksiyadır, sözlərin və obrazların vizual sənət dilinə çevrilməsidir.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxışında tədbirin ərsəyə gəlməsində əməyi olan bütün heyətə təşəkkürünü bildirib. O, 2025-ci ilin noyabr ayından bəri keçirilən “Neft bumu hamıya gülümsəyir” festivalının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Festival çərçivəsində təqdim olunan tədbirlər və tamaşalar böyük önəm daşıyır. Ümid edirəm ki, bu, ənənəvi bir hal alacaq. Bu gün rəssamlarla görüşdüm. Onların bir-birindən gözəl əsərləri təqdim olunur. Gələcək yaradıcılıqlarında hər birinə uğurlar arzu edirəm”.

Sonra çıxış edən bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bu gün indiyədək mövcud olmuş və gələcəkdə də davam edəcək bayramlardan biri – incəsənət və ədəbiyyatın kəsişməsində yaranan bayram qeyd edilir. O, bp şirkəti olaraq belə gözəl bir tədbirin ərsəyə gəlməsində iştirak etməkdən məmnunluğunu bildirib.

Sərginin kuratoru Nigar Rzayeva çıxışında deyib ki, Maqsud İbrahimbəyovun yaradıcılığı o qədər canlı və müasirdir ki, layihə və təqdim olunan işlər rəssamlar üçün böyük ilham mənbəyinə çevrilib. O, bütün yaradıcı heyətə, eləcə də göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna, bp şirkətinə və Müasir İncəsənət Muzeyinə təşəkkürünü bildirib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Layihədə neft Bakının ritmini, insanların talelərini və bütövlükdə ölkənin inkişafını müəyyənləşdirən real qüvvə kimi çıxış edir. O, ölkə tarixi boyunca insan münasibətlərinin formalaşdığı mühiti yaradır.

“Qeyzer” adı neft fontanına, yəni təzyiq altında neftin yer səthinə çıxmasına, həmçinin qeyzerin yığılıb qalmış enerjini azad etməsi prinsipinə işarə edir. Eyni impuls Maqsud İbrahimbəyovun pyesi tərəfindən verilib və layihənin bədii işlərində inkişaf etdirilib.

Sərgidə doqquz rəssam iştirak edir. Ekspozisiya bir-biri ilə əlaqəli iki şərti hissədən ibarətdir: arxiv materiallarının yenidən işlənməsinə əsaslanan konseptual video-iş və əsas bədii məkanı formalaşdıran müasir rəssamların əsərləri.

Bununla yanaşı, sərgidə festivalın təşəbbüskarı və təşkilatçısı, Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyovanın foto işi də təqdim olunur. Bu iş sərginin əsas iştirakçı tərkibindən kənar təqdim olunur.

İştirakçılar Fidan Sadıq, İrina Eldarova, Kənan Əliyev, Müşfiq Heydərov, Nəzrin Məmmədova, Nigar Familsoy, Orxan Qarayev, Sərxan Hacıyev və Vüsalə Ağarazıyevadır.

Fidan Sadıq “Adsız” əsəri ilə neft bumunun yaşandığı dövrdə qadının görünməyən mövcudluğuna toxunur. Üzü olmayan qadın fiquru fərdiliyin itirilməsinin obrazına çevrilir, bədən qadının daxili vəziyyəti ilə sosial təzyiq arasında sərhəd kimi çıxış edir.

İrina Eldarovanın “Drakaris. Atəşpərəstlər” əsəri Günəş enerjisinə həyatın ilkin mənbəyi və Odlar Yurdunun simvolu kimi müraciət edir. Burada anilik hissi aradan qalxır və yerini davamlı enerji impulsu tutur. İnsan kollektiv obraz kimi təqdim olunur.

Kənan Əliyevin “Gözlənti” heykəltaraşlıq işi yüksəliş və gözlənti hissi üzərində qurulub. Postamentdən xaotik şəkildə qalxan borular qapalı kvadrat yaradır, bu isə neftin şərti vahidinə, kuba işarə edir. Əsər neft yüksəlişi dövründə Bakının yaşadığı təcrübəyə müraciət edir, həmin dövrdə neftin püskürməsinə yaxın eşidilən səs gələcək dəyişikliklərin əlaməti kimi qəbul olunurdu.

Müşfiq Heydərov “Postinsan” əsəri ilə konseptual heykəl cinsi və fərdi xüsusiyyətlərdən məhrum edilmiş insan obrazını təqdim edir. Fiqurun böyük ölçüsü onun postinsan xarakterli, müasir dövr tərəfindən formalaşdırılmış bir obyekt kimi qəbul edilməsini gücləndirir. Rəssam enerji, texnologiya və informasiyanın zamanla insanın yaşama və özünü dərketmə biçimlərini dəyişdirərək yeni reallıqlar yaratdığı fikrinə işarə edir.

Nəzrin Məmmədovanın “Qeyzer” abstrakt əsəri gizli enerjinin səthə çıxaraq insanın daxili hallarını dəyişdirməyə başladığı anı təsbit edir. Yeraltı qatlarından qalxan enerji tanış xətləri pozur və dağılma ilə formalaşma arasında qeyri-sabit hallar yaradır.

Nigar Familsoyun “Yan təsir” rəsm əsərinin mərkəzi obrazı tarixi dəyişikliklərin və dönüş nöqtələrinin müşahidəçisi olan qarğadır. O, tərəqqinin gözqamaşdırıcı işığı kimi təsir göstərən aqressiv sarı sahənin içində meydana çıxır.

Əsər neft və texnoloji bumunun geri dönməz xarakterini ön plana çıxarır. Ümumi rifah illüziyası nəticələrin reallığı ilə toqquşur. Bu toqquşmada qarğa hərəkətsiz şahid olaraq qalır və tərəqqinin hər iki üzünü eyni anda özündə saxlayır.

Orxan Qarayev “Pərdə” əsəri ilə neft bumunu parlaq inkişafla gündəlik əməyin görünməz reallığı arasında formalaşan ziddiyyətlər sahəsi kimi təhlil edir. Üçbucaqlı lamellərdən ibarət konstruksiya iki vizual səth yaradır; bu səthlərin hər biri yalnız müəyyən baxış bucağından açılır və fiziki zəhmətlə zahiri parıltını qarşı-qarşıya qoyur.

Sərxan Hacıyevin əsəri olan “Aralıq” bədii videofantaziya maddi və rəqəmsal reallıqlar arasındakı vəziyyəti təsvir edir. Reallıqların dəyişməsi insan üçün tədricən və demək olar ki, hiss olunmadan baş verir, dəqiq başlanğıc və tamamlanma anı yoxdur. Bu fon üzərində neft ilkin materiya və qədim həyatın yaddaşı kimi ortaya çıxır və ondan şüur və ruhu xatırladan kəpənək obrazı yaranır.

Vüsalə Ağarazıyevanın “Sahə” əsəri neft bumunun dövrünə aid tarixi-sənədli obrazlara əsaslanır: neftin içində dizə qədər dayanan, bədənlə maddə arasında sərhədin itdiyi ağır və yapışqan mühitdə çalışan insanlar. Rəssamın sahə adlandırdığı bu məkanda insan və neft eyni varlığın elementlərinə çevrilir

“Qeyzer” adlı müasir incəsənət sərgisi fevralın 2-dək davam edəcək.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:287
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Yanvar 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see519

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see490

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see302

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see281

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see275

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see270

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see263

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see261

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see256

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see237

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see235

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see233

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see231

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see226

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see214

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see210

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see208

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri