Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq. Ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələri zamanı sürücülərin bir çox hallarda ra
Bəzi sürücülər çox kiçik qəzalar zamanı maşınlarının cərimə meydançası aparılmasından narazılığını bildirir.
Məsələnin qanuni tərəflərini mütəxəsisslərdən öyrənməyə çalışdıq.
Mövzu ilə bağlı hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a açıqlamsında bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 96-cı və 97-ci maddələrində yolda hərəkətdə olan nəqliyyat vasitəsinin sürücüsünün nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırması və müvafiq əsaslar olduqda həmin nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsinin halları var: “Yəni qanunda sürücünün idarəetmədən kənarlaşdırılmasının və avtomobilin duracağa yerləşdirilməsinin konkret halları var.
Həmin hallar sırasında avtomobilin yol-nəqliyyat hadisəsinə düşməsi yoxdur.
Çünki yol-nəqliyyat hadisəsinə düşmək o demək deyil ki, həmin nəqliyyat vasitəsi dərhal mühafizə olunan duracağa yerləşdirilməlidir.
Yol-nəqliyyat hadisəsinin iştirakçısı olan avtomobilin duracağa yerləşdirilməsi yalnız xüsusi istisna hallarda ola bilər.
Ümimiyyətlə, yol-nəqliyyat hadisələri nəticələrindən asılı olaraq iki qrupa bölünür: 1) İnzibati xəta sayılan hadisələr, yəni yalnız maddi ziyan və ya zərəçəkənin sağlamlığına yüngül zərərlə nəticələnən hadisələr; 2) Cinayət xarakterli hadisələr, yəni zərəçəkənin ölümü, yaxud onun sağlamlığına az ağır və ya ağır zərə dəyməsi ilə nəticələnən hadisələr.