Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Qəza zamanı maşın hansı hallarda duracağa və ya ekspertizaya aparıla bilər? ƏRŞAD HÜSEYNOV AÇIQLADI

Qəza zamanı maşın hansı hallarda duracağa və ya ekspertizaya aparıla bilər? ƏRŞAD HÜSEYNOV AÇIQLADI

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələri zamanı sürücülərin bir çox hallarda rastlaşdığı məsələlərdən biri də hadisə zamanı avtomobilin cərimə meydançasına aparılmasıdır. Bəzi sürücülər çox kiçik qəzalar zamanı maşınlarının cərimə meydançası aparılmasından narazılığını bildirir. Məsələnin qanuni tərəflərini mütəxəsisslərdən öyrənməyə çalışdıq.

Mövzu ilə bağlı hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a açıqlamsında bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 96-cı və 97-ci maddələrində yolda hərəkətdə olan nəqliyyat vasitəsinin sürücüsünün nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırması və müvafiq əsaslar olduqda həmin nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsinin halları var:

“Yəni qanunda sürücünün idarəetmədən kənarlaşdırılmasının və avtomobilin duracağa yerləşdirilməsinin konkret halları var. Həmin hallar sırasında avtomobilin yol-nəqliyyat hadisəsinə düşməsi yoxdur. Çünki yol-nəqliyyat hadisəsinə düşmək o demək deyil ki, həmin nəqliyyat vasitəsi dərhal mühafizə olunan duracağa yerləşdirilməlidir.

Yol-nəqliyyat hadisəsinin iştirakçısı olan avtomobilin duracağa yerləşdirilməsi yalnız xüsusi istisna hallarda ola bilər.

Ümimiyyətlə, yol-nəqliyyat hadisələri nəticələrindən asılı olaraq iki qrupa bölünür:

1) İnzibati xəta sayılan hadisələr, yəni yalnız maddi ziyan və ya zərəçəkənin sağlamlığına yüngül zərərlə nəticələnən hadisələr;

2) Cinayət xarakterli hadisələr, yəni zərəçəkənin ölümü, yaxud onun sağlamlığına az ağır və ya ağır zərə dəyməsi ilə nəticələnən hadisələr.

İnzibati xəta sayılan hadisələrlə cinayət xarakterli hadisələrin araşdırılması fərqlidir:

1) İnzibati Xətalar Məcəlləsi üzrə;

2) Cinayət-Prosessual Məcəllə üzrə.

Qanunvericilikdə inzibati cinayət sayılan hadisələrin araşdırmasının daha mürəkkəb prosedurları var. Orada bir neçə ekspertizanın keçirilməsi mümkündür.

Belə hadisələrdən sonra avtomobil iki halda duracağa aparıla bilər:

1) həmin avtomobil sahibi tərəfindən hadisə yerindən aparılmadıqda. Bu halda, avtomobil yolda qalıb başqalaraına mane olmasın deyə duracağa aparılır;

2) həmin avtomobil bu iş üzrə maddi sübut mahiyyəti almaqla xüsusi araşdırmanın, o cümlədən ekspertizanın predmeti olacaqsa”.

Hüquqşünas əlavə olaraq qeyd edib ki, yol-patrul haqqında təlimatda qeyd olunur ki, hadisədə iştirak edən nəqliyyat vasitəsi yararsız vəziyyətə düşmüşdürsə, hadisə yerindən evakuasiya edilməlidir:

“Amma təlimatda qeyd olunmur duracağa aparmalıdır, sadəcə sahibi oradadırsa, evakuator vasitəsi ilə yerindən götürülməlidir. Onun istəyi ilə ya evinə, ya da təmir yerinə aparılmalıdır. Nəqliyyat vasitəsi sahibsiz qalıbsa, o zaman mühafizə olunacaq duracağa aparılmalıdır. İkinci halda isə hadisə cinayət xarakterli hadisədirsə, o zaman nəqliyyat vasitəsində qalmış hüquqi əhəmiyyət daşıyan müəyyən izlərin götürülməsi və yaxud texniki vəziyyətinin xüsusi avtotexniki ekspertiza vasitəsi ilə yoxlanılması zərurəti varsa, onda nəqliyyat vasitəsi cinayət işi üzrə maddi sübut kimi götürülərək saxlanılmalıdır.

O halda da istintaq orqanının mülahizəsinə əsasən, həmin nəqliyyat vasitəsi duracaqda saxlanıla bilər, istintaq orqanının müəyyən elədiyi başqa bir yerdədir saxlaya bilər. Amma bu əsaslar saxlanmanın əsas vəzifəsi, funksiyası odur ki, həmin nəqliyyat vasitəsi həmin cinayət hadisəsi üzrə maddi sübutdur. Onun salonunda və yaxud da üzərində cinayət hadisəsi üzrə araşdırılması, xüsusi ekspert tədqiqatı tələb edən izlər varsa (partlayıcı maddə izləri, qan izləri, trasoloji izlər) .Yaxud nəqliyyat vasitəsinin texniki vəziyyəti ilə bağlı hadisənin baş verməsinə ciddi əsaslar varsa avtotexniki ekspertizaya avtomobil təqdim edilməlidir. Digər hallarda nəqliyyat vasitəsinin mühafizə olan duracağam və yaxud başqa saxlanılma yerinə aparılması nəzərdə tutulmur”.

Ərşad Hüseynov sonda bildirib ki, yol-nəqliyyat hadisəsinin iştirakçısı olan nəqliyyat vasitəsi yalnız iki halda mühafizə olunan duracağa və yaxud başqa saxlanc yerinə aparıla bilər:

“Yol-nəqliyyat hadisəsindən sonra sahibi, həmin nəqliyyat vasitəsini hadisə yerindən götürmədik də o, cümlədən nəqliyyat vasitəsinin sahibi hadisə yerində olmadığı halda, həmin nəqliyyat vasitəsi onun üzərində qalmış xüsusi izlərə görə və yaxud da özünün texniki vəziyyətinə görə xüsusi ekspert tədqiqatının predmeti kimi iş üzrə maddi sübut kimi əhəmiyyət daşıyır. Digər hallarda mühafizə olunan duracağa nəqliyyat hadisəsinin yerləşdirilməsi nəzərdə tutulmur”.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 Yanvar 2025 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see184

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see158

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see149

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see147

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see140

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri