Qəzada ölən Qurbanəlini musiqi sədaları altında yola saldılar 2 həftə əvvəl ölüm duası VİDEO

09.12.2025

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən gecə Masazırda baş vermiş qəzada həlak olan Qurbanəli Əlizadə son mənzilə musiqi sədaları altında yola salınıb.

Milli.Az-ın məlumatına görə, onun meyiti evdən xonçalarla, musiqi sədaları altında çıxarılıb.

Qurbanəli Əlizadənin bir müddət əvvəl ( 21 noyabr ) "ölüm duası" paylaşımı diqqət çəkib. Sözügedən postda rəylərdə "elə bil ürəyinə dammışdı" tipli şərhlər yazılıb.

Məlumat üçün bildirək ki, Azərbaycanda əsasən toyu olmadan dünyadan köçən gəncləri son mənzilə bu şəkildə yola salırlar.

Qeyd edək ki, "Hyundai" ilə toqquşan "BMW" markalı minik avtomobili anidən alovlanıb. Nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb. Lakin Qurbanəli Ağa oğlu Əlizadə yolda keçinib, digər 2 şəxsin müalicəsi isə xəstəxanada davam etdirilir.

İsmayıl
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью