Qəzada ölən Qurbanəlini musiqi sədaları altında yola saldılar 2 həftə əvvəl ölüm duası VİDEO
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən gecə Masazırda baş vermiş qəzada həlak olan Qurbanəli Əlizadə son mənzilə musiqi sədaları altında yola salınıb.
Milli.Az-ın məlumatına görə, onun meyiti evdən xonçalarla, musiqi sədaları altında çıxarılıb.
Qurbanəli Əlizadənin bir müddət əvvəl ( 21 noyabr ) "ölüm duası" paylaşımı diqqət çəkib. Sözügedən postda rəylərdə "elə bil ürəyinə dammışdı" tipli şərhlər yazılıb.
Məlumat üçün bildirək ki, Azərbaycanda əsasən toyu olmadan dünyadan köçən gəncləri son mənzilə bu şəkildə yola salırlar.
Qeyd edək ki, "Hyundai" ilə toqquşan "BMW" markalı minik avtomobili anidən alovlanıb. Nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb. Lakin Qurbanəli Ağa oğlu Əlizadə yolda keçinib, digər 2 şəxsin müalicəsi isə xəstəxanada davam etdirilir.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 09 Dekabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















