Icma.az, Adelet.az saytına istinadən bildirir. Bu gün məşhur "Titanik" gəmisinin “ batmasından 113 il ötür.Adalet.az xəbər verir ki, 1912-ci
- SəbəblərTitanik” gəmisi o qədər böyük idi ki, sadəcə ocağa kömür atan insanların sayı 176 nəfər idi.
Gəmidəki aşpazlardan biri o qədər çox spirtli içki qəbul etmişdi ki, soyuq suda sağ qalmışdı.
"Titanik” yola çıxmazdan bir gün öncə qayıqların necə istifadə edilməsi ilə bağlı təlim keçirilməsi nəzərdə tutulsa da, naməlum səbəbdən keçirilməmişdi.
Gəmidəki qayıqların çoxu götürə biləcəyi insan sayından daha az yükləndiyi üçün ümumi sərnişinlərin 53 faizi yox, 31 faizi sağ qaldı.
Gəmini batıran aysberq 30 saniyə daha tez görülsəydi faciə baş verməyəcəkdi.Məlumatlara görə , 66 min ton ağırlığında olan gəminin inşasına 1909-cu il martın 31-də Şimali İrlandiyanın paytaxtı Belfastda başlanıb, 1911-cii l mayın 31-də isə gəmi istismara verilib.Araşdırmaçı Tim Maltin media gəmi haqqında bu sözləri söylədi: “Gəminin uzunluğu 269,1 metr, eni 28,19 metr, yüksəkliyi dirəyin ucuna qədər hesablandıqda 63 metr idi.
Subasımı 66 ton olan bu gəmi bir-birilə liftlərlə əlaqələndirilmiş 11 mərtəbədən ibarət idi.
Gəminin daxili quruluşu da çox yüksək səviyyədə idi və maksimum rahatlıq təmin olunmuşdu.Ümumi uzunluğu 7 km-ə çatan dəhlizlər boyunca 762 lüks kayut, hovuzlar, saunalar, idman qurğuları, restoran və barlar, əyləncə salonları və məşhur rəssamların əsərlərindən ibarət sərgi salonu fəaliyyət göstərirdi.