Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qəzadan 14 il əvvəlki Titan öncəgörməsi: Batan Titanik” gəmisi 113 il

Qəzadan 14 il əvvəlki Titan öncəgörməsi: Batan Titanik” gəmisi 113 il

Icma.az, Adelet.az saytına istinadən bildirir.


Bu gün məşhur "Titanik" gəmisinin “ batmasından 113 il ötür.


Adalet.az xəbər verir ki, 1912-ci il 14 apreldə Britaniyanın öz dövrünün ən nəhəng sərnişin gəmisi sayılan “Titanik” aysperq ilə toqquşub batdı.
Möhtəşəm “Titanik” niyə “möhtəşəm” idi? - Səbəblər

Titanik” gəmisi o qədər böyük idi ki, sadəcə ocağa kömür atan insanların sayı 176 nəfər idi. Gəmidəki aşpazlardan biri o qədər çox spirtli içki qəbul etmişdi ki, soyuq suda sağ qalmışdı. "Titanik” yola çıxmazdan bir gün öncə qayıqların necə istifadə edilməsi ilə bağlı təlim keçirilməsi nəzərdə tutulsa da, naməlum səbəbdən keçirilməmişdi. Gəmidəki qayıqların çoxu götürə biləcəyi insan sayından daha az yükləndiyi üçün ümumi sərnişinlərin 53 faizi yox, 31 faizi sağ qaldı. Gəmini batıran aysberq 30 saniyə daha tez görülsəydi faciə baş verməyəcəkdi.Məlumatlara görə , 66 min ton ağırlığında olan gəminin inşasına 1909-cu il martın 31-də Şimali İrlandiyanın paytaxtı Belfastda başlanıb, 1911-cii l mayın 31-də isə gəmi istismara verilib.

Araşdırmaçı Tim Maltin media gəmi haqqında bu sözləri söylədi: “Gəminin uzunluğu 269,1 metr, eni 28,19 metr, yüksəkliyi dirəyin ucuna qədər hesablandıqda 63 metr idi. Subasımı 66 ton olan bu gəmi bir-birilə liftlərlə əlaqələndirilmiş 11 mərtəbədən ibarət idi. Gəminin daxili quruluşu da çox yüksək səviyyədə idi və maksimum rahatlıq təmin olunmuşdu.
Ümumi uzunluğu 7 km-ə çatan dəhlizlər boyunca 762 lüks kayut, hovuzlar, saunalar, idman qurğuları, restoran və barlar, əyləncə salonları və məşhur rəssamların əsərlərindən ibarət sərgi salonu fəaliyyət göstərirdi. Gəminin ilk səfərində birinci sinif sərnişinlər 329, ikinci sinif 272, üçüncü sinif 710 nəfər idi…

Aysberqə çırpılan gəminin batması 2 saat 40 dəqiqə çəkib. Bunun səbəbi isə "Titanik”də çalışan 30-dan çox insanın özünü fəda edərək gəmini işlək vəziyyətdə tutması idi. Mühəndislərin fikrincə, gəminin 6 əvəzinə 4 bölməsi sular altında qalsaydı gəmi batmayacaqdı. Gəminin dördüncü bacası tamamilə saxta idi. Bu baca sonra əlavə olunmuşdu. Çünki gəminin çox nəhəng və simmetrik görünməsini istəmişdilər. "Titanik” faciəsindən qurtulan yaponiyalı bir şəxs digər sərnişənlərlə ölmədiyi üçün ölkəsində qorxaq elan edilmişdi.

 

Gəmi haqqında məlumatlarda deyilir ki, onun daxilində rəqs zalları, üzgüçülük hovuzları, teatr, və s. zallar var idi. Geniş dəhlizlər lap saray otaqlarına oxşayırdı. Enli pillələr palıd və qoz ağacından, pilləkənlərin baş tərəfindəki heykəllərin hamısı gümüş və bürüncdən düzəldilmişdi. Hətta, tennis, qolf oynamaq üçün yerlər, xüsusi türk hamamları var idi. Lüks kayutlardan başqa, "Titanik"də 2 superlüks guşə hazırlanmışdı. Onların hər birində qonaq, yataq, vanna, qarderob otaqlarından başqa gəzinti üçün bağ da var idi.

Şirkəti gəmini hər cür lazımi əşyalarla və yemək-içməklə təmin etmişdi. Birinci reysə götürülən azuqə Bakı boyda şəhəri bir ay təmin etməyə kifayət edərdi. Gəmidəki sərnişin ordusuna 897 nəfərdən ibarət texniki və təsərrüfat personalı xidmət edirdi”.
İflasa və ölümə tərəf səfər
"Titanik" 1912-ci il aprelin 10-da İngiltərənin Sauthempton limanından Nyu Yorka marşurutu ilə ilk və son səfərinə yola düşüb. Ümumilikdə, 2224 adam gəminin ilk səfərini qaçırmayıb.. 

Gəminin Avropadan Amerika Birləşmiş Ştatlarına marşrutu Atlantik okeanın şimal hissəsindən keçirdi. «Titanik» yolda iki dəfə: Fransanın Şerbur və İrlandiyanın Kov limanlarında dayanıb.
Yola çıxandan 4 gün sonra aprelin 14-dü saat 23:40-da «Titanik» aysberqlə toqquşdu və 2 saat 40 dəqiqədən sonra batdı. Gəminin ekipaj üzvü nigaran sərnişini arxayın etmək üçün :

“Hətta Allah da bu gəmini batıra bilməz,” desə də “White Star Line” şirkətinin tacı hesab olunan layner iki yerə parçalandı və Şimali Atlantikin 3 kilometr dərinliyinə qərq oldu. Göyərtəsindəki 1 316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bildi, 1 514 nəfər isə həlak oldu.
"Batmayan Gəmi" adlandırılan "Titanik" gəmisinin batması dəniz sərnişin daşımaları tarixində ən böyük faciələrdən biri hesab edilir.

Gəmidəki ən bahalı və lüks otaqların indiki dövrdə olsa idi, qiyməti 108 min manat olardı.Bir çox evli cütlüklər bal ayı keçirmək üçün "Titanik”i seçmişdi. Gəminin qopmasına səbəb olan aysberq eramızdan əvvəl mininci illərdə qopub həmin yerə gəlib çıxıb. Bu günün gəmilərinin aysberqlə qarşılaşma ehtimalı daha yüksək olsa da, "Titanik” aysberqə çırpılan ilk və tək okean gəmisidir.

 "Titanik”in hissələrinin tamamilə tapılması yetmiş üç il çəkib. Gəmidə sahibi ilə birlikdə səyahət edən on iki itdən yalnız üçü xilas edilib.


“Titanik”lə bağlı  öncəgörmə


"Titanik"lə bağlı sirlər, qaranlıq qalan məsələlər bu günə qədər aydınlaşdırılmayıb. Araşdırmaçıların məlumatlarına görə ən maraqlı hekayət isə "Titan" romanı barədədir. 1898-ci ildə, yəni "Titanik"in batmasından tam 14 il öncə Morqan Robertsonun yazdığı bir roman nəşr edildi. Morqan amerikalı idi, gənc ikən dənizçilik etmişdi, sonra isə zərgər oldu və Nyu-Yorkda zərgərlik etdi. Qəflətən yazar olmağa qərar verdi və ilk hekayəsi 25 dollara satıldı, daha sonra yazdığı 10 hekayədən isə 1000 dollar qazandı. Yazmaq ona artıq asan və qazanclı gəlirdi. 1897-ci ilin bir qış gecəsində yeni bir dəniz əhvalatı yazmağı planladı. Bu, uzun bir əhvalat olacaqdı.. 

Araşdırmaçılar bildirirlər ki, romanın iki adı vardı: "Nahaq yerə" və "Titan Qəzası". Roman fantastik bir gəmi səfərindən danışırdı. "Titan" adlı lüks gəmi okeanda irəliləyərkən aysberqlə toqquşub, batırdı. Üstəlik, yazar gəmiyə "batmayan gəmi" adını qoymuşdu. "Titanik" faciəsindən 14 il öncə nəşr edilən bu roman rəsmi olaraq gələcəkdə baş verəcək bir faciənin tragik hekayəsini izah edirdi. Bu, sanki bir öncəgörmə idi. 1. Robertsonun romanındakı "Titan" adlı gəmi Soutqampton limanından yola çıxırdı və 14 il sonra "Titanik" də eyni limandan yola çıxdı.
2. Romandakı gəmi ilə "Titanik"in uzunluqları arasında bir neçə metr fərq vardı.
3. Hər iki gəminin çəkisi də bir-birinə yaxın idi — Robertson romanında "Titan"ı 70.000 ton ağırlığında yazmışdı, "Titanik" isə 66.000 ton idi.
4. Hər iki gəminin üç pəri vardı.
5. Robertsonun romanındakı nəhəng "Titan", Nyu-Foundland yaxınlığında, Şimali Atlantikdə bir aysberqə dəyərək batır. İnanılmaz olan isə odur ki, "Titanik" də 14 il sonra eyni koordinatda, eynilə romandakı aysberqin bənzəri kimi bir aysberqə dəyərək okeana qərq oldu.
6. Hər iki gəmidə kifayət qədər xilasedici qayıq yox idi. Robertson romanındakı gəmidə 24 avarlı qayıq olduğunu yazırdı, "Titanik"də isə 22 avarlı qayıq vardı.
7. "Titanik"in qəzasında 1513 sərnişin boğularaq öldü. Eynilə 14 il əvvəlki romanda yazıldığı kimi… Robertsonun romanındakı "Titan"da isə 1500 adam ölürdü. Hər iki gəmi də 3000 nəfərlik idi.
8. Həm romandakı "Titan"ın, həm də gerçək "Titanik"in batması zamanı gəmi orkestri ilahi musiqi səsləndirib.
9. Həm romandakı "Titan" gəmisindən sağ qurtulan gəmi heyəti, həm də "Titanik" qəzasından qurtulan gəmiçilər həyatları boyu gəmidə çalışdılar, amma heç vaxt kapitan ola bilmədilər.
Morqan məşhur ola bilmədi, amma yazdığı və satılmayan roman gerçəkləşdi. O, "Titanik"in batmasından 3 il sonra infarktdan öldü. Kimsə onunla maraqlanmadı, ta ki 1980-ci illərə qədər. Bu zaman "Titanik"in axtarışı aparılırdı və təhqiqatlar zamanı Morqanın romanına rast gəlindi.
Araşdırmaçılar dəhşətə gəldilər! Morqan Robertson "Titanik" batmazdan 14 il öncə gəmiylə və qəzayla əlaqədar hər şeyi eynilə necə yazmışdı! Araşdırmaçılar bunu təsadüf hesab etmir, "Titanik"in batacağını öncədən bilən bu yazarın bir dahi olduğunu deyirlər.


Qeyd edək ki, gəminin batması ilə bağlı film də çəkilib. Rejissor Ceyms Kameronun çəkdiyi "Titanik" filmini isə kino tarixinin ən möhtəşəm nümunələrindən biri hesab edirlər. Baş rollarda Leonardo Di Kaprio və Keyt Uinslettin çəkildiyi bu film 200 milyon dollara başa gəlib. Təkcə gəmi maketinə 46 milyon dollar pul xərclənmiş bu film 1 milyard dollardan artıq qazanc gətirib.

Gəminin batma səhnəsini və insanların su üzərində yaşadıqları dəhşəti canlandırmaq da çox çətin oldu. Nəhəng süni göl hazırlandı və bu səhnə həmin göldə gerçəkləşdirildi. Rozu canlandıran Keyt Uinslet ekran işinin soundtreki "My heart will go on” mahnısına nifrət edir. 


Əntiqə Rəşid

 (Yazarın arxivi- 2024)

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:371
embedMənbə:https://adalet.az
archiveBu xəbər 14 Aprel 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri