Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır. Son günlər ölkə ərazisində soyuq və şaxtalı hava şəraiti müşahidə edilir.
Belə havada yollarda buzlanma yarandığı üçün avtomobillərin sürüşməsi daha tez-tez müşahidə olunur və bu, yol hərəkətinin təhlükəsizliyi üçün ciddi risk yaradır.
Temperaturun sıfır dərəcəyə yaxınlaşması təkərlərin yol səthi ilə təmasını zəiflədir, nəticədə sürücülərin nəqliyyat vasitəsini idarə etməsi çətinləşir və qəza ehtimalı artır.
Qarlı havada avtomobil sürərkən nələrə diqqət etmək lazımdır?
Mövzu ilə əlaqədar avtomobil ustası Sahil Ağabəyli “Cebheinfo.az” -a açıqlamasında bildirib ki, qarlı və şaxtalı havada sürücülərin diqqətli olması vacibdir: “Axşam saatlarından başlayan qar yağışı səhər saatlarında yollarda buz təbəqəsinin yaranmasına səbəb olub.
Paytaxtın bir çox ərazisində gizli buzlanma müşahidə olunur.
Sürücülər asfalt örtüyünün quru olduğunu düşünsələr də, hərəkət zamanı asfaltın yaş hiss edildiyi məqamlarda xüsusilə diqqətli olmalıdırlar.
Çünki asfalt üzərindəki nəm təbəqə tez bir zamanda buza çevrilir.