Icma.az
close
up
RU
Qəzadan necə qorunaq? Sürücülərin DİQQƏTİNƏ

Qəzadan necə qorunaq? Sürücülərin DİQQƏTİNƏ

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Son günlər ölkə ərazisində soyuq və şaxtalı hava şəraiti müşahidə edilir.

Belə havada yollarda buzlanma yarandığı üçün avtomobillərin sürüşməsi daha tez-tez müşahidə olunur və bu, yol hərəkətinin təhlükəsizliyi üçün ciddi risk yaradır. Temperaturun sıfır dərəcəyə yaxınlaşması təkərlərin yol səthi ilə təmasını zəiflədir, nəticədə sürücülərin nəqliyyat vasitəsini idarə etməsi çətinləşir və qəza ehtimalı artır.

Qarlı havada avtomobil sürərkən nələrə diqqət etmək lazımdır?

Mövzu ilə əlaqədar avtomobil ustası Sahil Ağabəyli “Cebheinfo.az” -a açıqlamasında bildirib ki,  qarlı və şaxtalı havada sürücülərin diqqətli olması vacibdir:

“Axşam saatlarından başlayan qar yağışı səhər saatlarında yollarda buz təbəqəsinin yaranmasına səbəb olub. Paytaxtın bir çox ərazisində gizli buzlanma müşahidə olunur. Sürücülər asfalt örtüyünün quru olduğunu düşünsələr də, hərəkət zamanı asfaltın yaş hiss edildiyi məqamlarda xüsusilə diqqətli olmalıdırlar. Çünki asfalt üzərindəki nəm təbəqə tez bir zamanda buza çevrilir. Belə hallarda sürəti dərhal azaltmaq, sükan arxasında maksimum diqqətli olmaq vacibdir.

Xüsusilə döngələrdə sağa və ya sola dönərkən sürəti həddindən artıq azaltmaq, hətta sürət həddini 5–10 km/saat aşağı salaraq hərəkət etmək tövsiyə olunur. Buzlu örtükdə dönmə zamanı avtomobilin yoldan çıxma riski yüksəkdir və bu, ciddi təhlükələrə səbəb ola bilər.Qar və buz olan asfalt yollarda avtomobillərarası məsafəyə xüsusi diqqət yetirilməlidir. Normal hava şəraiti ilə müqayisədə daha çox ara məsafəsi saxlamaq vacibdir. Buzlanma zamanı əyləcdən minimum istifadə olunmalı, əsas diqqət təhlükəsiz və düzgün hərəkətə yönəldilməlidir. Sükanı sağa-sola kəskin çevirmək olmaz”.

Onun sözlərinə görə, buzlu örtüyə daxil olduqda, sükan mümkün qədər düz saxlanılmalıdır:

“Əks halda, avtomobilin yoldan çıxması, qarşıdakı nəqliyyat vasitəsinə və ya yol kənarında hərəkət edən piyadalara toxunması riski yaranır. Qış şəraitində köhnə və yeyilmiş təkərlərlə yola çıxmaq yolverilməzdir. Dövlət Yol Polisi dəfələrlə xəbərdarlıq edir ki, qış təkərləri olmayan avtomobillər yolda ciddi təhlükə yarada bilər. Qış təkəri olmadıqda isə yeni və yumşaq rezindən hazırlanmış təkərlər müəyyən qədər yol tutuşunu yaxşılaşdıra bilər, çünki bu tip təkərlər buz və qar üzərində daha yaxşı sıxılma və tutuş yaradır. Sürücülər eyni zamanda şüşə silgilərinin fırçalarına donmayan maddə vurmalı, şüşə suyunun isə mütləq qış üçün nəzərdə tutulmuş donmayan məhlul olmasına diqqət etməlidirlər. Əks halda, səhər saatlarında avtomobilin şüşələrinin donması görünüşü məhdudlaşdıraraq ciddi təhlükə yarada bilər.

Bundan əlavə, şaxtalı havalarda əl əyləcindən mümkün qədər istifadə etməmək tövsiyə olunur. Aşağı temperaturda mühərriki işə salmazdan əvvəl avtomobili ən azı 2–3 dəqiqə yerində işlətmək vacibdir, xüsusilə də dizel mühərrikli avtomobillər üçün. Bu qaydaya əməl olunmadıqda avtomobilin hərəkətə başlamasında çətinliklər yarana bilər”.

O qeyd edib ki,  rayonlara üz tutan sürücülər də nəzərə almalıdırlar ki, bu günlərdə hava şəraiti daha sərt keçir, qar yağır və yollar buzludur:

“Bu səbəbdən təkərlərin vəziyyətinə xüsusi diqqət yetirilməlidir. Buzlu yollarda avtomobillərin yolda qalması halları da istisna deyil. Belə hava şəraitində bəzi vətəndaşlar ictimai nəqliyyatdan istifadə etməyə üstünlük verə bilərlər. Lakin bu, tam təhlükəsizliyin təmin olunduğu anlamına gəlmir. Qeyd etmək lazımdır ki, bəzi avtobuslarda belə qış təkərlərinin olmaması riski artırır. Ona görə də istər ictimai nəqliyyat, istərsə də şəxsi avtomobillər düzgün sürət rejiminə əməl etməli, döngələrdə maksimum diqqətli olmalıdırlar.

Qarlı və buzlu havalarda mümkün olduqda peşəkar sürücülər tərəfindən idarə olunan nəqliyyat vasitələrindən istifadə etməyi tövsiyə edilir. Təcrübəsiz sürücülərin, xüsusilə də bu cür hava şəraitində avtomobili necə idarə edəcəyini tam bilməyən şəxslərin öz avtomobilləri ilə yola çıxması arzuolunan deyil. Çünki belə hallarda yol-nəqliyyat hadisələri, piyadaların vurulması və hətta insan ölümü ilə nəticələnən faciələr baş verə bilər. Bu səbəbdən qarlı və buzlu hava şəraitində həm sürücülər, həm də piyadalar xüsusilə diqqətli olmalıdırlar”.

Gülər Həsənli
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Yanvar 2026 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri