Qəzzada hər 17 dəqiqədə bir uşaq ölür və ya şikəst olur BMT

07.10.2025

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində orta hesabla hər 17 dəqiqədə bir uşaq ölür və ya şikəst olur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) nümayəndəsi Rikardo Pires bildirib.
Onun sözlərinə görə, artıq iki ildir ki, Fələstin anklavında böhrana görə ən ağır hesabı uşaqlar ödəyir.
BMT rəsmisi eyni zamanda İsrail-HƏMAS müharibəsində bu günə qədər 61 min uşağın öldürüldüyünü və ya şikəst edildiyini bildirib.
“Bu o deməkdir ki, orta hesabla hər 17 dəqiqədən bir uşaq ölür və ya şikəst olur. Bu, qəbuledilməz rəqəmdir ki, biz bu gün də onunla yaşamağa məcburuq”, - Pires əlavə edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью