Qəzzada hər 17 dəqiqədə bir uşaq ölür və ya şikəst olur BMT
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində orta hesabla hər 17 dəqiqədə bir uşaq ölür və ya şikəst olur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) nümayəndəsi Rikardo Pires bildirib.
Onun sözlərinə görə, artıq iki ildir ki, Fələstin anklavında böhrana görə ən ağır hesabı uşaqlar ödəyir.
BMT rəsmisi eyni zamanda İsrail-HƏMAS müharibəsində bu günə qədər 61 min uşağın öldürüldüyünü və ya şikəst edildiyini bildirib.
“Bu o deməkdir ki, orta hesabla hər 17 dəqiqədən bir uşaq ölür və ya şikəst olur. Bu, qəbuledilməz rəqəmdir ki, biz bu gün də onunla yaşamağa məcburuq”, - Pires əlavə edib.

Qəzzada körpələr ölür...
19 Aprel 2025 01:47
“Qəzzada hər gün 60dan çox uşaq ölür” UNRWA
09 Noyabr 2024 16:09
UNRWA: Qəzzada körpələr donaraq ölür
29 Dekabr 2024 13:53
Qəzzada uşaqlar acından ölür Tramp
29 İyul 2025 14:22
Qəzzada fəlakətı: Uşaqlar aclıqdan ölür
25 Avqust 2025 08:47

