Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bundan sonra 2024-cü ildə Yaxın Şərqdə baş verən və böyük rezonans doğuran gizli kəşfiyyat əməliyyatı Peycer əməliyyatı həayata keçirildi. Məlumatlara görə, İsrail kəşfiyyatı Livanda “Hizbullah” üzvlərinin istifadə etdiyi peycer və oxşar rabitə cihazlarını hədəf almışdı. Bu cihazların bir hissəsi əvvəlcədən manipulyasiya edildiyi üçün eyni vaxtda sıradan çıxıb və partlayışlara səbəb olmuş və nəticədə onlarla döyüşçü yaralanmış və bəziləri isə həyatını itirmişdi. Bu hadisə texnologiyanın müasir münaqişələrdə necə silaha çevrilə biləcəyini göstərdi”.
Rufiz Hafizoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hadisələri anlamaq üçün əslində 2023-cü ilə qayıtmaq lazımdır: “Əl-Əqsa tufanı əməliyyatı başlayanda hamı şok effekti yarandı. Hamı düşünürdü ki, necə ola bilər ki, İsrail kimi güclü bir dövlət, güclü kəşfiyyata sahib olan bir qurum, bir dövlət bu əməliyyatdan bixəbərdir. Əslində mən o vaxt dedim ki, bu əməliyyatın İsrailin xəbəri var. Bu əməliyyatda İranın öz maraqları var, İsrailin öz maraqları var.
Konkret olaraq İranın maraqlarına gəlincə, İran bu əməliyyatların fonunda dünyanın diqqətinin Qəzzaya, orada baş verən hadisələrə yönəldiyi bir dönəmdə altdan altdan öz nüvə proqramını təkmilləşdirirdi.
İsrailin marağı nə idi? Çünki İsrailin itirəcəyi heç bir şey yoxdur. Bu gün ümumi mənzərənin fonunda İsrail Qəzza ilə bağlı bəzi hədəflərinə çata bilmədi. HƏMAS-ın kökünü kəsə bilməsə də, HƏMAS-ın aktiv haldan passiv hala gəlməsinə səbəb oldu”.
Rufiz Hafizoğlu
Rufiz Hafizoğlu qeyd edib ki, həmin dövrdə İsrailin itirəcəyi bir şey yox idi və İsrail bilirdi ki, Qəzzada əməliyyatlar başlayacaq, bütün hər şey hazır idi: “İsrail beynəlxalq ictimaiyyətin təzyiqlərinə, qınaqlara hazır idi. Ölkə daxilində baş verəcək bütün çaxnaşmalara, dindar yəhudilərə parlamentdə olan müxtəlif sağçı, radikal qruplaşmalardan gələ biləcək bütün təzyiqlərə və onların aqressiv yanaşmalarna da hazır idi. Bütün bunları bilən Netanyahu höküməti Qəzzada əməliyyatları başlatdı. İki tərəf üçün də nəticə ağır və çətin oldu. Xüsusən də, fələstinlilər üçün bu ağır idi. Bu, danılmaz bir faktdır. Çünki söhbət insani böhrandan gedir. Amma mahiyyət etibarilə Qəzzada 2023-cü il hadisələri öncəsi olan HƏMAS artıq yoxdur. İdeoloji olaraq olsa da, silah və güc baxımından HƏMAS əvvəlki HƏMAS deyil. Bu, bir reallıqdır. Bunu Türkiyə rəsmiləri, həmçinin bütün dünya bilir. HƏMAS çox ciddi potensial personal itkisinə məruz qaldı”.
Politoloq bildirib ki, “Peycer əməliyyatı” başlayanda hamı düşünürdü ki, "bu əməliyyat oldu, qurtardı, burada “Hizbullaha” qarşı bir cəbhə açıldı", İsrail alqışlandı, amma İsrailin “peycer əməliyyatında” əsas məqsədi heç də Həsən Nəsrullahın qətli deyildi: “Əslində “Peycer əməliyyatı”nın mahiyyəti İranın “şiə ayparası” adlandırdığı, içində bir zamanlar Əfqanıstan, İran, Suriya, İraq, Suriya, Yəmən, Livan və qismən də Fələstin olan bir ayparanın ideoloji baxımdan deyil, təhlükəsizlik baxımından çökməsini, daha doğrusu, şübhəni onların arasına səpmək idi. O peycerlər Asiya ölkələrindən qaçaq mal olaraq gətirilmişdi. "Şiə dəhlizi" adlandırılan İraqa oradan vaxtilə Suriyaya Bəşər Əsəd dönəmi ilə oradan da Livana keçmişdi. O partladıcılar şiə qruplaşmasının nəzarəti və kontrolu altında olan ərazilərdə peycerlərə yerləşdirilmişdi. Gerçəklər bir çox hallarda detallarda gizlənir”.
İsrail o əməliyyatla nəyi bacardı?Rufiz Hafizoğlunun fikrincə, İsrail o əməliyyatlarla regionda olan silahlı şiə qruplaşmaları arasında ciddi şübhə toxumu səpə bildi: “Bu partladıcıların hansı dövlətin ərazisində harada yerləşdirildiyi məlum oldu. Lakin İran və eyni zamanda Hizbullah rəsmiləri bunu heç vaxt elan etməyəcəklər. Çünki bunun elan olunması faktiki olaraq şiə ayparasında arasında çox ciddi parçalanmanın olduğunu və İsrail ilə çox ciddi əməkdaşlıq olduğunu ortaya qoyan bir amil olardı”.
İradə Cəlil, Bizimyol.info