Icma.az
close
up
RU
Qəzzada keçirilən əməliyyatda İsrailin itirəcəyi bir şey yox idi, HƏMAS çox ciddi potensial personal itki yaşadı

Qəzzada keçirilən əməliyyatda İsrailin itirəcəyi bir şey yox idi, HƏMAS çox ciddi potensial personal itki yaşadı

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

“Əl-Əqsa Tufanı 7 oktyabr 2023-cü ildə Fələstin tərəfdən həyata keçirilən genişmiqyaslı hərbi əməliyyatdır. Bu əməliyyat "HƏMAS" təşkilatı tərəfindən İsrail ərazisinə planlaşdırılmış sürpriz hücum kimi reallaşdırılıb. Hücum zamanı minlərlə raket atılmış, döyüşçülər İsrailin müxtəlif hərbi və mülki obyektlərinə daxil olmuşdur. Əməliyyat nəticəsində həm hərbi, həm də mülki zərərlər baş vermiş, regionda humanitar vəziyyət kəskin pisləşmişdir.

Bundan sonra 2024-cü ildə Yaxın Şərqdə baş verən və böyük rezonans doğuran gizli kəşfiyyat əməliyyatı Peycer əməliyyatı həayata keçirildi. Məlumatlara görə, İsrail kəşfiyyatı Livanda “Hizbullah” üzvlərinin istifadə etdiyi peycer və oxşar rabitə cihazlarını hədəf almışdı. Bu cihazların bir hissəsi əvvəlcədən manipulyasiya edildiyi üçün eyni vaxtda sıradan çıxıb və partlayışlara səbəb olmuş və nəticədə onlarla döyüşçü yaralanmış və bəziləri isə həyatını itirmişdi. Bu hadisə texnologiyanın müasir münaqişələrdə necə silaha çevrilə biləcəyini göstərdi”.

Rufiz Hafizoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hadisələri anlamaq üçün əslində 2023-cü ilə qayıtmaq lazımdır: “Əl-Əqsa tufanı əməliyyatı başlayanda hamı şok effekti yarandı. Hamı düşünürdü ki, necə ola bilər ki, İsrail kimi güclü bir dövlət, güclü kəşfiyyata sahib olan bir qurum, bir dövlət bu əməliyyatdan bixəbərdir. Əslində mən o vaxt dedim ki, bu əməliyyatın İsrailin xəbəri var. Bu əməliyyatda İranın öz maraqları var, İsrailin öz maraqları var.

Konkret olaraq İranın maraqlarına gəlincə, İran bu əməliyyatların fonunda dünyanın diqqətinin Qəzzaya, orada baş verən hadisələrə yönəldiyi bir dönəmdə altdan altdan öz nüvə proqramını təkmilləşdirirdi.

İsrailin marağı nə idi? Çünki İsrailin itirəcəyi heç bir şey yoxdur. Bu gün ümumi mənzərənin fonunda İsrail Qəzza ilə bağlı bəzi hədəflərinə çata bilmədi. HƏMAS-ın kökünü kəsə bilməsə də, HƏMAS-ın aktiv haldan passiv hala gəlməsinə səbəb oldu”.

Rufiz Hafizoğlu

Rufiz Hafizoğlu qeyd edib ki, həmin dövrdə İsrailin itirəcəyi bir şey yox idi və İsrail bilirdi ki, Qəzzada əməliyyatlar başlayacaq, bütün hər şey hazır idi: “İsrail beynəlxalq ictimaiyyətin təzyiqlərinə, qınaqlara hazır idi. Ölkə daxilində baş verəcək bütün çaxnaşmalara, dindar yəhudilərə parlamentdə olan müxtəlif sağçı, radikal qruplaşmalardan gələ biləcək bütün təzyiqlərə və onların aqressiv yanaşmalarna da hazır idi. Bütün bunları bilən Netanyahu höküməti Qəzzada əməliyyatları başlatdı. İki tərəf üçün də nəticə ağır və çətin oldu. Xüsusən də, fələstinlilər üçün bu ağır idi. Bu, danılmaz bir faktdır. Çünki söhbət insani böhrandan gedir. Amma mahiyyət etibarilə Qəzzada 2023-cü il hadisələri öncəsi olan HƏMAS artıq yoxdur. İdeoloji olaraq olsa da, silah və güc baxımından HƏMAS əvvəlki HƏMAS deyil. Bu, bir reallıqdır. Bunu Türkiyə rəsmiləri, həmçinin bütün dünya bilir. HƏMAS çox ciddi potensial personal itkisinə məruz qaldı”.

Politoloq bildirib ki, “Peycer əməliyyatı” başlayanda hamı düşünürdü ki, "bu əməliyyat oldu, qurtardı, burada “Hizbullaha” qarşı bir cəbhə açıldı", İsrail alqışlandı, amma İsrailin “peycer əməliyyatında” əsas məqsədi heç də Həsən Nəsrullahın qətli deyildi: “Əslində “Peycer əməliyyatı”nın mahiyyəti İranın “şiə ayparası” adlandırdığı, içində bir zamanlar Əfqanıstan, İran, Suriya, İraq, Suriya, Yəmən, Livan və qismən də Fələstin olan bir ayparanın ideoloji baxımdan deyil, təhlükəsizlik baxımından çökməsini, daha doğrusu, şübhəni onların arasına səpmək idi. O peycerlər Asiya ölkələrindən qaçaq mal olaraq gətirilmişdi. "Şiə dəhlizi" adlandırılan İraqa oradan vaxtilə Suriyaya Bəşər Əsəd dönəmi ilə oradan da Livana keçmişdi. O partladıcılar şiə qruplaşmasının nəzarəti və kontrolu altında olan ərazilərdə peycerlərə yerləşdirilmişdi. Gerçəklər bir çox hallarda detallarda gizlənir”.

İsrail o əməliyyatla nəyi bacardı?

Rufiz Hafizoğlunun fikrincə, İsrail o əməliyyatlarla regionda olan silahlı şiə qruplaşmaları arasında ciddi şübhə toxumu səpə bildi: “Bu partladıcıların hansı dövlətin ərazisində harada yerləşdirildiyi məlum oldu. Lakin İran və eyni zamanda Hizbullah rəsmiləri bunu heç vaxt elan etməyəcəklər. Çünki bunun elan olunması faktiki olaraq şiə ayparasında arasında çox ciddi parçalanmanın olduğunu və İsrail ilə çox ciddi əməkdaşlıq olduğunu ortaya qoyan bir amil olardı”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Yanvar 2026 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see494

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see222

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see207

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see203

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see196

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see193

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see186

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see182

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see179

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see168

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see150

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see148

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri