Qəzzanın şimalında humanitar böhran hökm sürür

20.11.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

İsrailin maneələri üzündən 40 gündən çox Qəzzanın şimalında sağ qalmaq üçün mübarizə aparan fələstinlilərə demək olar ki, heç bir yardım çatmır. 

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının Baş katibinin sözçüsü Stefan Düjarrik açıqlamasında bildirib.

Düjarrik Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) verdiyi məlumata istinad edərək qeyd edib: 

 "İnsanlar Qəzzanın şimalında mühasirəyə alınmış bölgələrdə sağ qalmaq üçün mübarizə aparır".

İsrail əsgərlərinin Beyt Hanun, Beyt Lahiya və Cəbəliyə kimi bölgələrə yardım göstərməsinə mane olmağa davam etdiyini ifadə edən Düjarrik təkcə bu ay planlaşdırılan 31 yardım cəhdindən 27-nin rədd edildiyini, digər 4-nün isə ciddi şəkildə yavaşladıldığını vurğulayıb.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью