Qəzzanın şimalında humanitar böhran hökm sürür
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
İsrailin maneələri üzündən 40 gündən çox Qəzzanın şimalında sağ qalmaq üçün mübarizə aparan fələstinlilərə demək olar ki, heç bir yardım çatmır.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının Baş katibinin sözçüsü Stefan Düjarrik açıqlamasında bildirib.
Düjarrik Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) verdiyi məlumata istinad edərək qeyd edib:
"İnsanlar Qəzzanın şimalında mühasirəyə alınmış bölgələrdə sağ qalmaq üçün mübarizə aparır".
İsrail əsgərlərinin Beyt Hanun, Beyt Lahiya və Cəbəliyə kimi bölgələrə yardım göstərməsinə mane olmağa davam etdiyini ifadə edən Düjarrik təkcə bu ay planlaşdırılan 31 yardım cəhdindən 27-nin rədd edildiyini, digər 4-nün isə ciddi şəkildə yavaşladıldığını vurğulayıb.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 20 Noyabr 2024 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















