Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda hələ XIX-XX əsrlərdə ölkə əhalisinin rifahı, eləcə də, dövlətçiliyin inkişafı istiqamətində fəaliyyət göstərən cəmiyyətlərin xələfləri məhz qeyri-hökumət təşkilatlarıdır.
Bu təşkilatlar bu gün də istər nəqliyyat, istər maliyyə, istərsə də sosial seqmenti maraqlandıran bütün istiqamətlərdə fəaliyyət dairələrini genişləndirməkdə davam edirlər.
Qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi istiqamətində həmin cəmiyyətlərə dəstək məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin 19 aprel tarixində QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaradıldı.
Agentliyin vəzifələri həm də dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin (bundan sonra – layihələr) mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində publik-hquqi şəxs olaraq kömək etməkdir.
Bu gün Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi öz fəaliyyətinin 4 ilini tamamlayıb.
Bu müddət ərzində bir sıra nailiyyətlərə imza atan Agentlik ötən ilin sonunda dövlət proqramları və milli fəaliyyət planlarının icrasını 97% yerinə yetirməyi bacarıb.
Agentliyin fəaliyyəti ilə bağlı Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər Allahverənov Avtosfer.az-a açıqlamasında deyib ki, yarandığı gündən etibarən dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılması, fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkil edilməsi, bu sahədə həyata keçirilən dövlət dəstəyinin təşkilati-hüquqi əsaslarının və mexanizmlərinin təkmilləşdirilməsi müstəvilərində fəaliyyətini quran Agentlik bu müddət ərzində bir çox nailiyyətlərə imza atıb: “Belə ki, Agentlik bu dövrün tələblərinə uyğun olaraq ictimai sektorun həm nəzəri, həm də praktiki cəhətdən yenidən canlandırılıması, onun həm institusional, həm də konseptualoji baxımından gücləndirilməsi, ölkə daxilində və xaricində həm regional, həm də beynəlxalq mahiyyət daşıyan maraqlarımızın hərtərəfli qorunması prosesinə vətəndaş cəmiyyətinin cəlb olunması, ölkəmizdə bütün sahələrdə uğurla həyata keçirilən çoxşaxəli islahatların dəstəklənməsi istiqamətində QHT-lərin daha yaxından iştirakı üçün yeni imkanlar yaratmış, onların beynəlxalq müstəvilərdə geniş şəkildə təmsilçiliyinə və ölkənin milli maraqları naminə səfərbərliyinə müvəffəq olub.