Icma.az
close
up
RU
QHT lərə Dövlət Dəstəyi Agentliyinin uğurlu 4 İLİ FOTOSESSİYA

QHT lərə Dövlət Dəstəyi Agentliyinin uğurlu 4 İLİ FOTOSESSİYA

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda hələ XIX-XX əsrlərdə ölkə əhalisinin rifahı, eləcə də, dövlətçiliyin inkişafı istiqamətində fəaliyyət göstərən cəmiyyətlərin xələfləri məhz qeyri-hökumət təşkilatlarıdır. Bu təşkilatlar bu gün də istər nəqliyyat, istər maliyyə, istərsə də sosial seqmenti maraqlandıran bütün istiqamətlərdə fəaliyyət dairələrini genişləndirməkdə davam edirlər.

Qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi istiqamətində həmin cəmiyyətlərə dəstək məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin 19 aprel tarixində QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaradıldı. Agentliyin vəzifələri həm də dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin (bundan sonra – layihələr) mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində publik-hquqi şəxs olaraq kömək etməkdir.

Bu gün Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi öz fəaliyyətinin 4 ilini tamamlayıb. Bu müddət ərzində bir sıra nailiyyətlərə imza atan Agentlik ötən ilin sonunda dövlət proqramları və milli fəaliyyət planlarının icrasını 97% yerinə yetirməyi bacarıb.

Agentliyin fəaliyyəti ilə bağlı Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər Allahverənov Avtosfer.az-a açıqlamasında deyib ki, yarandığı gündən etibarən dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılması, fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkil edilməsi, bu sahədə həyata keçirilən dövlət dəstəyinin təşkilati-hüquqi əsaslarının və mexanizmlərinin təkmilləşdirilməsi müstəvilərində fəaliyyətini quran Agentlik bu müddət ərzində bir çox nailiyyətlərə imza atıb:

“Belə ki, Agentlik bu dövrün tələblərinə uyğun olaraq ictimai sektorun həm nəzəri, həm də praktiki cəhətdən yenidən canlandırılıması, onun həm institusional, həm də konseptualoji baxımından gücləndirilməsi, ölkə daxilində və xaricində həm regional, həm də beynəlxalq mahiyyət daşıyan maraqlarımızın hərtərəfli qorunması prosesinə vətəndaş cəmiyyətinin cəlb olunması, ölkəmizdə bütün sahələrdə uğurla həyata keçirilən çoxşaxəli islahatların dəstəklənməsi istiqamətində QHT-lərin daha yaxından iştirakı üçün yeni imkanlar yaratmış, onların beynəlxalq müstəvilərdə geniş şəkildə təmsilçiliyinə və ölkənin milli maraqları naminə səfərbərliyinə müvəffəq olub. Çox sevincli və qürurluyam ki, dəyərli həmkarlarımla birlikdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü olaraq mən də bu prosesin fəal iştirakıçısı olmuşam.

Vətəndaş cəmiyyətinin inkişafı yolunda hər zaman bizə diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səmimi təşəkkürümü və dərin minnətdarlığımı bildirirəm.

Vətəndaş cəmiyyəti üzvlərini, dəyərli həmkarlarımı bu gün münasibətilə səmimi qəlbdən bir daha təbrik edir, Dövlətimiz və Cəmiyyətimiz naminə həyata keçirdikləri əzmkar fəaliyyətlərində böyük uğurlar, yeni-yeni nailiyyətlər arzulayıram!”

“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərin fikrincə, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi arxada qalan 4 il ərzində çox məhsuldar fəaliyyət nümayiş etdirə bilib:

“Məsələlərə innovative yanaşma, eyni zamanda QHT-lərin maarifləndirilməsi sahəsində görülən işlər müsbət qiymətləndirilməlidir. QHT-lərin müstəqilliyin ilk illərində yaranmasına baxmayaraq bu təşkilatların bir-birilə yaxın əlaqədə olması son 4 ilə təsadüf edir. Bu dövr ərzində vaxtaşırı QHT-lər arasında görüşlər təşkil edildi, aralarında mən də olmaqla, 100-dən çox təşkilatın görüşü keçirildi, eyni zamanda, beynəlxalq istiqamətdə də çox ciddi işlər görüldü. Türkiyə, Özbəkistan və digrə türk dövlətlərində, həmçinin İraqdakı türkmən qardaşlarımızla konfransların təşkili Agentliyin fəaliyyətinin hansı ölçüdə olduğunun ifadəsidir. Agentlik məhz beynəlxalq istiqamətlərdə fəaliyyət çərçivəsini genişləndirsə, daha yaxşı olar. Məhz bu istiqamət QHT-lərin daha əvvəl fəaliyyətlərindəki neqativ hallar artıq arxada qalıb. Bu 4 illik uğurlu fəaliyyətin göstəricisidir”.

Azərbaycan Milli QHT Forumunun idarə Heyətinin sədri Ramil İskəndərli saytımıza açıqlamasında deyib ki, Agentliyin uğurlu fəaliyyəti onu QHT-lərin maliyyə məslələri ilə bağlı nilli donora çevirə bilib:

“Tam əminliklə demək olar ki, indi Azərbaycanda fəaliyyət göstərən təşkilatlar donor qismində məhz Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini görür. Agentliyin fəaliyyəti təkcə maliyyə istiqamətdə deyil, həm də QHT-lərə texniki və təşkilati, eyni zamanda metodiki dəstəyin göstərilməsini də həyata keçirib. Bunun sayəsində də QHT-lərlə Agentliyin sıx əməkdaşlığına gətirib çıxarıb. Belə ki, Agentlik işğaldan azad edilmiş ərazilərdə “Milli QHT Əməkdaşlıq Forumu” keçirib, eyni zamnda təcrübə mübadiləsi proqramı da baş tutub. Bir sıra QHT-lər bu tədbirlərdən bəhrələnməyə nail olub. Bununla yanaşı, Agentlik həm də təşkilatların bir sıra beynəlxalq platformalarda iştirakını da təmin edir”.

“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradlı müsahibəsində deyib ki, bu sahədə Agentlik yaranmazdan əvvəl bir sıra problemlər var idi:

“2007-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılmışdı. Mənim sədri olduğum İctimai Birlik müxtəlif layihələrlə Şuranın elan etdiyi layihələrdə iştirak etmişdi. Düzdür, ilkin mərhələdə bəzi boşluqlar var idi və hər kəs ürəyi istəyəni edə bilirdi. Sonradan QHT- sektorunu da bəzi insanlar biznes şəbəkəsinə çevirməyə çalışdı. Bu da müəyyən islahatları qaçılmaz etdi. Bu islahatlar göstərdi ki, QHT sektorunda naşı insanlar çoxdur və onların fəaliyyəti bu istiqamətdə görülən işlərin keyfiyyətini aşağı salır. Agentlik yaranandan sonra bir çox islahatlar həyata keçirildi və artıq görürük ki, bu sahədə saf-çürük etmək ənənəsi formalaşıb. Bu sahəyə biznes şəbəkəsi kimi yanaşmaq və hansısa istiqamətə neqativ maraq yaratmaq doğru deyil. Çünki QHT-lər fəaliyyət göstərdikləri istiqamətlərdə artıq ixtisaslaşma yolunda irəliləyirlər və bu mənim üçün çox xoşdur. Çünki biz özümüz də artıq ixtisaslaşmış QHT sayılırıq və əsasən yol hərəkəti təhlükəsizliyi ilə bağlı sahəyə yönəlmişik. Mən düşünürəm ki, fərqli istiqamətlərdə fəaliyyətlərə baş vurub yarımçıq layihələrin icrasındansa, öz bildiyimiz sahədə iş görmək daha yaxşıdır. Çünki yol hərəkəti təhlükəsizliyi mövzusu da elə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin diqqət yetirdiyi istiqamətlərdən biridir. İl ərzində xeyli qəza baş verir, insanlarımız ölür, əlil olur. Bu məsələ həm sosial-iqtisadi çətinlikləri, həm də yol hərəkəti təhlükəsizliyini göz önünə gətirir.

Qüsurlarımız olanda məlumat verirlər, kömək edirlər. Kuratorlarımız çox səbirli və təmkinli şəxslər olur, Agentliyin rəhbərliyinə əlçatanlığımız çox yaxşıdır. Yəni istənilən vaxt onlarla fikir mübadiləsi apara bilirik. Prezident Administrasiyası tərəfindən bu məsələlər çox yaxşı şəkildə tənzimlənir. Administrasiya tərəfindən QHT-lərə dəstək məqsədilə tez-tez tədbirlər təşkil olunur, məlumatlandırıcı aksiyalar keçirilir. Bütün bu səmərəli işin təşkilində həm Prezident Administrasiyasına, həm də Agentliyin rəhbərliyinə təşəkkür edirəm. İndiki halda sivil yanaşma çox təqdirəlayiqdir. Istənilən halda, vətəndaş cəmiyyəti yalnız hərbə-zorba ilə yox, sibil münasibətlə, dost mnüasibətilə daha doğru idarə edilə bilər. Agentliyin sistemi dəyişir, QHT sədrlərinin işinin təkmilləşdirilməsi və asanlaşdırılmas üçün onlayn münasibətlərə daha çox üstünlük verirlər. hər dəfə hansısa sənədin əldə edilməsi, verilməsi üçün ora-bura getməli olurduq. İndi isə bir müqavilə bağlananda, bir də yekun akt imzalananda biz Agentliyə gedirik. Getdikcə böyük və uğurlu dəyişikliklərin şahidi oluruq. Agentliyin bugünkü yanaşması da məhz bu cürdür. Bütün bunlara görə də Agentliyə təşəkkürümü bildirirəm və əminəm ki, gələcəkdə daha səmərəli işlər görüləcək, biz də onların iştirakçısına çevriləcəyik”.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Aprel 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropa ölkələrinin yeraltı anbarlarında qazın həcmi 71 mlrd. kubmetri ötüb

22 İyul 2025 14:02see164

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see147

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see137

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see125

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see124

Federal Ehtiyatlar Sisteminin sədri yalan danışıb

22 İyul 2025 08:35see123

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see122

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see121

Rusiyalı məşhur reper psixiatriya xəstəxanasına yerləşdirildi

22 İyul 2025 16:09see120

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see120

Sülh yaxındır, müdaxilə yersizdir: Zəngəzur Azərbaycanın iradəsi ilə açılacaq

22 İyul 2025 10:33see119

Burak Özçivit Kuruluş Osman dan gedir

22 İyul 2025 08:37see119

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see117

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see116

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see115

reklamlarla satdıqları ehtiyat hissələrinin saxtalığını ört basdır edir EKSPERT VİDEO

22 İyul 2025 19:00see115

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see115

DİQQƏT: Telegram da yeni dələduzluq üsulu peyda olub

22 İyul 2025 03:18see113

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see113

Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi sahəsində sənədlər imzalanıb

22 İyul 2025 20:05see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri