“QHT lərin VI İnkişaf və Mübadilə Proqramı” yüksək səviyyədə təşkil edilmişdi” Elman Cəfər…
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2025-ci il oktyabrın 19-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” başa çatıb.
Vətəndaş cəmiyyəti fəalları 2 gün davam edən təlimlərdən zəngin təəssüratlarla qayıdıblar.
Gununsesi.info -ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Şuşada keçirilən “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” və Xankəndində təşkil edilən “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun vətəndaş cəmiyyəti fəalları üçün olduqca faydalı olduğunu bildirib: “Öncə qeyd edim ki, 100-ə dək QHT nümayəndəsinin qatıldığı “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” və “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” nümunəvi təşkil olunmuşdu.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi, müşahidə şurasının üzvləri, əməkdaşları 3 gün bizimlə bir yerdə oldular, tədbirlərin keyfiyyətli təşkili üçün əllərindən gələni etdilər.
Vətəndaş cəmiyyəti fəallarının Şuşa və Xankəndinə daşınması, təlimlərin və tədbirlər arası fasilədə asudə vaxtın təşkili yüksək səviyyədə idi.
Təlimlər kifayət qədər bilgili, təcrübəli təlimçilər tərəfindən aparıldı.
Açığı mən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci ildə Mingəçevirdə, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində, 2024-cü ildə Naxçıvan və Şamaxı şəhərlərində təşkil etdiyi QHT-lərin İnkişaf və Mübadilə Proqramlarına qatılmamışdım.
Tam oxu
Xəbəri oxu