Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

“QHT lərin VI İnkişaf və Mübadilə Proqramı” yüksək səviyyədə təşkil edilmişdi” Elman Cəfərli/FOTOLAR

“QHT lərin VI İnkişaf və Mübadilə Proqramı” yüksək səviyyədə təşkil edilmişdi” Elman Cəfərli/FOTOLAR

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2025-ci il oktyabrın 19-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” başa çatıb.

Vətəndaş cəmiyyəti fəalları 2 gün davam edən təlimlərdən zəngin təəssüratlarla qayıdıblar.

Gununsesi.info -ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Şuşada keçirilən “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” və Xankəndində təşkil edilən “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun vətəndaş cəmiyyəti fəalları üçün olduqca faydalı olduğunu bildirib:

“Öncə qeyd edim ki, 100-ə dək QHT nümayəndəsinin qatıldığı “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” və “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” nümunəvi təşkil olunmuşdu. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi, müşahidə şurasının üzvləri, əməkdaşları 3 gün bizimlə bir yerdə oldular, tədbirlərin keyfiyyətli təşkili üçün əllərindən gələni etdilər.

Vətəndaş cəmiyyəti fəallarının Şuşa və Xankəndinə daşınması, təlimlərin və tədbirlər arası fasilədə asudə vaxtın təşkili yüksək səviyyədə idi. Təlimlər kifayət qədər bilgili, təcrübəli təlimçilər tərəfindən aparıldı. Açığı mən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci ildə Mingəçevirdə, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində, 2024-cü ildə Naxçıvan və Şamaxı şəhərlərində təşkil etdiyi QHT-lərin İnkişaf və Mübadilə Proqramlarına qatılmamışdım.

Bu dəfə iştirak etmək üçün müraciət etdim və müsbət cavab aldım. 2 gün davam edən təlimlərdə layihələrin hazırlanması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, icra mərhələlərinin planlaşdırılması ilə bağlı hər bir QHT fəalının bilməli olduğu bilgilər əxz etdik.

Bundan başqa QHT təmsilçiləri peşəkar təlimçilərin köməyi ilə layihələrin hazırlanması və icrası zamanı məlumatların toplanması və təhlili, qərarların qəbulu prosesi, hədəf qruplarının müəyyən edilməsi, tərəfdaşlarla iş və digər mühüm mövzularda yeni bilik və bacarıqlar əldə etdilər”.

QHT sədri deyib ki, təlimçilərin bilik və bacarıqları çatdırmaq üçün tətbiq etdiyi metodlar diqqətçəkici idi:

“Auditoriyalarda olduqca işgüzar ortam yaranmışdı. İştirakçılar qruplara bölünmüşdü. Qruplarda müxtəlif yaş qruplarından olan vətəndaş cəmiyyəti fəalları təmsil olunmuşdu. Təmsil olunduğum qrup təlimlərin bütün mərhələlərində xüsusi fəallığı ilə seçildi. Layihələrin hazırlanması, risklərin idarə olunması, minimum xərclərlə maksumum nəticələr əldə etmək üçün tətbiq edilən alətlərlə bağlı yeni ideyalarla tanış olduq. Sonda fəal iştirakımıza görə, Sertifikata layiq görüldük”.

Elman Cəfərlinin sözlərinə görə, Şuşa təlimi vətəndaş cəmiyyətində keyfiyyət dəyişikliyini üzə çıxarıb:

“Təlimlərdə xüsusən gənclərin aktivliyi diqqətimi çəkdi. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin son 5 ildə apardığı işlər öz bəhrəsini verib: vətəndaş cəmiyyətinə kreativ düşünən istedadlı, yaradıcı, təşəbbüskar, intellektual gənclər gəlib. Şuşa təlimində mən bir neçə vətəndaş cəmiyyətinə fayda gətirəcək istedadlı gənc kəşf etdim. Ümumiyyətlə bu cür tədbirlər vətəndaş cəmiyyəti institurları, fəalları arasında əlaqələri genişləndirir, yeni tanışlıqlar yaranır, portnyorlar ortaya çıxarır”.

QHT sədri deyib ki, “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı”nın iştirakçıları üçün Şuşada təşkil edilən gəzinti çox maraqlı, duyğulu anlarlarla yadda qalıb:

“Gəzinti zamanı Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində, Şuşa qalasında və Cıdır düzündə olduq. Bizi 30 il işğalda qalmış Şuşaya, Xankəndinə qovuşdurmuş əziz şəgidlərimizi, bu yolda sağlamlığını itirmiş qazilərimizi, yaşayan qəhrəmanlarımızı xoş duyğularla, minnətdarlıqla yad etdik”.

Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci ildə Mingəçevirdə, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində, 2024-cü ildə Naxçıvan və Şamaxı şəhərlərində QHT-lərin İnkişaf və Mübadilə Proqramları təşkil edib.

İndiyədək bu proqramlarda 600-ə yaxın QHT təmsilçisi iştirak edib.

Şəbnəm Rəhimova

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Oktyabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see217

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see174

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see147

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see138

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri