QHT Suraxanı rayonu 85 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirib FOTOLAR | …
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Vərəmsiz Gələcəyə Doğru” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Suraxanı rayonunda keçirildi 21 oktyabr 2025-ci il tarixində Bakı şəhəri Suraxanı rayonu 85 nömrəli tam orta məktəbdə “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi tərəfindən növbəti maarifləndirici tədbir keçirilib.
"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vərəmin profilaktikası üzrə maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində baş tutub.
Tədbirin məqsədi şagirdlər, müəllimlər və valideynlər arasında vərəm xəstəliyinin profilaktikası ilə bağlı maarifləndirməni gücləndirmək olub.
İctimai Birliyin mütəxəssisləri çıxış edərək vərəmin yaranma səbəbləri, yoluxma yolları və qarşısının alınması istiqamətində sadə, lakin vacib məlumatlar paylaşıblar.
Mütəxəssislər vurğulayıblar ki, vərəm müasir dövrdə tam müalicə oluna bilən xəstəliklərdən biridir, lakin əsas məsələ vaxtında həkimə müraciət və müalicə prosesinə düzgün əməl etməkdir.
Tədbir iştirakçılarına sağlam həyat tərzinin vərəm və digər infeksion xəstəliklərin qarşısının alınmasında rolu barədə danışılıb.
Qidalanmanın düzgün təşkili, fiziki aktivlik və şəxsi gigiyena vərəmə qarşı əsas qoruyucu vasitələr kimi təqdim olunub.
Tam oxu
Xəbəri oxu