Icma.az
close
up
RU
QHT Suraxanı rayonu 85 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirib FOTOLAR

QHT Suraxanı rayonu 85 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirib FOTOLAR

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Vərəmsiz Gələcəyə Doğru” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Suraxanı rayonunda keçirildi 21 oktyabr 2025-ci il tarixində Bakı şəhəri Suraxanı rayonu 85 nömrəli tam orta məktəbdə “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi tərəfindən növbəti maarifləndirici tədbir keçirilib.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vərəmin profilaktikası üzrə maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində baş tutub.

Tədbirin məqsədi şagirdlər, müəllimlər və valideynlər arasında vərəm xəstəliyinin profilaktikası ilə bağlı maarifləndirməni gücləndirmək olub. İctimai Birliyin mütəxəssisləri çıxış edərək vərəmin yaranma səbəbləri, yoluxma yolları və qarşısının alınması istiqamətində sadə, lakin vacib məlumatlar paylaşıblar.

Mütəxəssislər vurğulayıblar ki, vərəm müasir dövrdə tam müalicə oluna bilən xəstəliklərdən biridir, lakin əsas məsələ vaxtında həkimə müraciət və müalicə prosesinə düzgün əməl etməkdir.

Tədbir iştirakçılarına sağlam həyat tərzinin vərəm və digər infeksion xəstəliklərin qarşısının alınmasında rolu barədə danışılıb. Qidalanmanın düzgün təşkili, fiziki aktivlik və şəxsi gigiyena vərəmə qarşı əsas qoruyucu vasitələr kimi təqdim olunub.

Tədbir interaktiv şəkildə təşkil olunub. Şagirdlər mütəxəssislərə suallar ünvanlayıb, cavablar alıb və əldə etdikləri məlumatları sinif yoldaşları ilə bölüşəcəklərini bildiriblər. Müəllimlər və valideynlər isə bu cür maarifləndirmə tədbirlərinin davamlı olmasının vacibliyini vurğulayıblar.

“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin nümayəndələri qeyd ediblər ki, layihə çərçivəsində keçirilən bu kimi tədbirlər cəmiyyətin sağlam gələcəyinə yönəlmiş mühüm addımlardır. Maarifləndirmə insanların vərəmə qarşı məsuliyyət hissini artırır və xəstəliyə qarşı ictimai müqavimətin formalaşmasına töhfə verir.

Tədbirin sonunda şagirdlər arasında kiçik viktorina təşkil olunub, fəal iştirakçılar həvəsləndirilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri