Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qıcqırma – döş sümüyü arxasında, boğazda, yemək (qida) borusu boyunca hiss olunan yandırma hissiyyatıdır.
Bəzi məlumatlara əsasən, yer əhalisinin 40%-i qıcqırmadan əziyyət çəkir.Bəzi insanlarda bu əlamət müvəqqəti, digərlərində isə daimi xarakter daşıyıraq, heç bir təşvişə səbəb olmur.
Ancaq aşkar olunmuşdur ki, təşvişə düşməyə dəyər. Bəs qıcqırmanı yaradan nədir?
Mədə ilə qida (yemək) borusu arasında sfinkter - əzələ həlqəsi movcuddur ki, o da yalnız qida, yemək borusundan (mədəni ağız boşluğu ilə birləşdirən boru) mədəyə keçərkən açılır.
Digər vaxtlarda isə sfinkter sıx şəkildə bağlanmış olaraq, mədədə olan qidanın qida borusana doğru geriyə qayıtmasına imkan vermir.
Normal halda məhz belə də olmalıdır. Müxtəlif səbəblər nəticəsində, sfinkterin işində pozğuluq baş verir və bu zaman o lazım olmayan vaxda d
Nəticədə, mədədə olan həzm şirəsinin bir hissəsi mədədən geriyə-yemək borusuna qayıdır.