Icma.az
close
up
RU
Qıcqırma təhlükəli ola bilər

Qıcqırma təhlükəli ola bilər

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qıcqırma – döş sümüyü arxasında, boğazda, yemək (qida) borusu boyunca hiss olunan yandırma hissiyyatıdır.

Bəzi məlumatlara əsasən, yer əhalisinin 40%-i qıcqırmadan əziyyət çəkir.Bəzi insanlarda bu əlamət müvəqqəti, digərlərində isə daimi xarakter daşıyıraq, heç bir təşvişə səbəb olmur. Ancaq aşkar olunmuşdur ki, təşvişə düşməyə dəyər.

Bəs qıcqırmanı yaradan nədir? Mədə ilə qida (yemək) borusu arasında sfinkter - əzələ həlqəsi movcuddur ki, o da yalnız qida, yemək borusundan (mədəni ağız boşluğu ilə birləşdirən boru) mədəyə keçərkən açılır. Digər vaxtlarda isə sfinkter sıx şəkildə bağlanmış olaraq, mədədə olan qidanın qida borusana doğru geriyə qayıtmasına imkan vermir.

Normal halda məhz belə də olmalıdır. Müxtəlif səbəblər nəticəsində, sfinkterin işində pozğuluq baş verir və bu zaman o lazım olmayan vaxda da açılaraq yenidən qapanır, bəzi hallarda isə ümumiyyətlə daimi olaraq azca açıq qalır. Nəticədə, mədədə olan həzm şirəsinin bir hissəsi mədədən geriyə-yemək borusuna qayıdır.

Bu şirənin tərkibində çox güclü kimyəvi maddə olan xlorid turşusu da daxildir. Hətda dəmiri də həll etmək xüsusiyyətinə malik olan bu turşu, bizim mədəmiz üçün qorxulu deyil. Buna səbəb isə, mədənin daxili səthində, bu maddənin təsirəndən qorucu qabiliyyətə malik olan, müdafiə qatının olmasıdır.

Yemək borusunda isə belə qat movcud deyil. Məhz buna görə mədədən yemək borusuna düşmüş olan bu turşu bəzi hallarda çox güclü yandırıcı təsir göstərir. Mədə şirəsindən savayı, öd kisəsindən 12-barmaq bağırsağa, oradan mədəyə və sonra isə yemək borusuna düşə bilən öd də, yemək borusunu qıcıqlandıra bilər.

Tez-tez təkrar olunan qıcqırmanın əsas təhlükəsi ondan ibarətdir ki, yemək borusunda mədə turşusunun və ödün yeyici təsiri altında eroziyalar (xırda yaralar) əmələ gələ bilər. Bu eroziyalar qanaxmaya səbəb ola bilər. Uzun müddət ərzində mövcud olan və müalicə olunmayan eroziyalar hətta xərçəngə də çevrilə bilər.

Buna görə, əgər siz müntəzəm olaraq (həftədə 2-3 dəfə) özünüzdə qıcqırma hiss edirsinizsə, mütləq həkimə müraciət edin.

Qıcqırma - ayrıca bir xəstəlik olmayıb, müxtəlif xəstəliklərin əlamətidir (qastrit, duodenit, xolesistit, öd daşı xəstəliyi və s.). Qıcqırma mədə və 12-barmaq bağırsağın xora xəstəliyinin də əlaməti ola bilər. Bu zaman qıcqırmanın nə vaxt baş verməsinə diqqət yetirmək lazımdır. Belə ki, əgər qıcqırma yeməkdən sonra baş verirsə, çox yəqin ki, bu, turşu reflyuksudur. Əgər qıcqırma yeməkdən əvvəl baş vermiş olarsa, bu daha çox, xora xəstəliy üçün xarakterik olan  əlamət hesab olunur.

Qıcqırma adətən, kəskin, yağlı, çox qızardılmış qida qəbulundan sonra baş verir. Xroniki qəbizliyi olan insanlar da, bir çox hallarda, qıcqırmadan əziyyət çəkirlər.

Bəzi hallarda, qıcqırma praktiki sağlam hesab edilən adamları da narahat edir. Bu, əsasən, həddindən artıq miqdarda qida, kəskin ədviyyatlar, yağlı qidalar, alkoqollu içkilərin qəbul edilməsi nəticəsində baş verir.

Əksər hallarda, qıcqırma yeməyi tez-tez yəməyə adət edənlərdə və ya buna məcbur olanlarda da baş verir. Bəzi insanlarda, turş meyvələr (alma, limon, gavalı), kefir və digər süd turşusu məhsulları, qara çörək qəbul edilməsi qıcqırmaya səbəb ola bilir. Döş sümüyü arxasında yanğı hissiyyatı və ağrı ağırlıq qaldırarkən də baş verə bilər.

Bunun səbəbi isə, qarındaxili təzyiqin artması nəticəsində, mədə möhtəviyyatının bir hissəsinin qida borusuna atılmasıdır.

İstənilən halda, əgər sizdə, tez-tez qıcqırma baş verirsə, mütləq qasroenteroloqa müraciət edin.

Hamiləlik zamanı, qıcqırma əksər qadınları da narahat edir. Əgər qadında toksikoz qusma ilə birlikdə olarsa, bu zaman qida borusu da qıcıqlandığı üçün, qıcqırma baş verir. Hamiləliyin 2-ci yarısında isə, böyüməkdə olan uşaqlığın mədəyə təzyiq etməsi qidanın mədədən qida borusuna atılmasına və nəticəsində xoşagəlməz qıcqırma hissiyatının yaranmasına səbəb olur.

Onu da qeyd etmək çox vacibdir ki, döş sümüyü arxasında olan yandırma hissiyyatı, xüsusən də onunla birgə təngnəfəslik, başgicəllənmə, boyunda, sol qolda və  çiyində ağrı olarsa, bu nəinki mədə-bağırsaq sistemində müəyyən bir pozğunluğun olmasını, həmçinin ürəkdə stenokardiyanın, hətta miokard infarktının olmasını da göstərə bilər!

Döş arxasında yandırma hissi olmasının səbəbinin ürək ilə əlaqəli olub-olmamasını müəyyən etmək üçün dilinizin altına 1 tablet nitroqlliserin qoymaq lazımdır. Əgər 5 dəqiqə ərzində yandırma hissiyyatı keçib gedərsə və ya heç olmasa azalarsa, demək bu, ürək tutmasıdır!

Bu halda təcili olaraq kardioloqa müraciət etmək lazımdır, çünki bu, ürəkdə ciddi problem olduğunun göstəricisi ola bilər!

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see396

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see363

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see359

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see325

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see321

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see313

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see245

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see220

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see212

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see211

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see208

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see206

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see204

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see194

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see193

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see189

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see187

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri