Qidalanmada yağlı qidaların artıqlığı xərçəngə səbəb olur

16.11.2024

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerika alimləri aşkar ediblər ki, yağlı qidaların çoxlu miqdarda qəbulu yoğun və düz bağırsağı xərçənginin riskini xeyli artırır.

Alimlərin fikirinə görə, belə qidalanma nəticəsində bağırsaqlarda gövdə hüceyrələrinin  sayı artır ki, bu da şişlərin əmələ gəlməsinə səbəb olur.

Xarici mətbuatın məlumatına görə, tədqidatçılar siçanlar üzərində eksperimentlər aparıblar. Siçanlara uzun müddət ərzində yağlılığı 60%-a yaxın olan qidalar verilirdi.

Nəticədə gəmiricilərin çəkisi və bağırsaqlarda gövdə hüceyrələrin sayı artıb, bağırsaqların daxili səthinin qorunmasında iştirak edən Panet hüceyrələrinin sayı isə əksinə azaldır.

Bu hüceyrələrdə tez-tez mutasiyalar əmələ gəlir ki, bu da şişlərin inkişafı riskini artırır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью