525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Aprelin 3-də T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı Bakıda “Dədə Qorqud” tamaşası ilə çıxış edib.
525.az xəbər verir ki, tamaşa Akademik Milli Dram Teatrının səhnəsində göstərilib.
Teatrdan bildirilib ki, tədbir Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tamaşaya gələn qonaqlar qırğız və Azərbaycan dillərində salamlama nitqi ilə qarşılanıblar.
Qırğızıstan Respublikasının Xalq yazıçısı Kayrat İmanalievin müəllifi olduğu tamaşanın quruluşçu rejissoru Marat Kozukeev, səhnə tərtibatçısı Bakıt Tilekmatovdur.
Tamaşanın səsləndirilməsi və musiqisi Abdı Osmonov, səhnə sistemi isə Daniyar Cangigitov tərəfindən həyata keçirilib.
Səhnə əsərində aktyorlar Adıl Bolorbek Uulu, Atay Ömürbekov, Şaygül Alseyitova, Daniyar Cancigitov, Albina İmaşova, Ercan Osmonov, Aysalkın Kıyıkbaeva, Arnis Kıdırmışev, Ceniş Kangeldiyeva, Kaliça Seydaliyeva, Askar Kaçkınbayev, Mahabat Asanbekova, Kanbolot Atakan Uulu, Cıldızbek Kaseyinov, Ömürbek İzrail Uulu iştirak ediblər.