Icma.az
close
up
RU
Qırğızıstan Milli Akademik Dram Teatrı Bakıda “Dədə Qorqud”u təqdim edib

Qırğızıstan Milli Akademik Dram Teatrı Bakıda “Dədə Qorqud”u təqdim edib

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aprelin 3-də T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı Bakıda “Dədə Qorqud” tamaşası ilə çıxış edib.

525.az xəbər verir ki, tamaşa Akademik Milli Dram Teatrının səhnəsində göstərilib. 

Teatrdan bildirilib ki, tədbir Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tamaşaya gələn qonaqlar qırğız və Azərbaycan dillərində salamlama nitqi ilə qarşılanıblar.

Qırğızıstan Respublikasının Xalq yazıçısı Kayrat İmanalievin müəllifi olduğu tamaşanın quruluşçu rejissoru Marat Kozukeev, səhnə tərtibatçısı Bakıt Tilekmatovdur. Tamaşanın səsləndirilməsi və musiqisi Abdı Osmonov, səhnə sistemi isə Daniyar Cangigitov tərəfindən həyata keçirilib.

Səhnə əsərində aktyorlar Adıl Bolorbek Uulu, Atay Ömürbekov, Şaygül Alseyitova, Daniyar Cancigitov, Albina İmaşova, Ercan Osmonov, Aysalkın Kıyıkbaeva, Arnis Kıdırmışev, Ceniş Kangeldiyeva, Kaliça Seydaliyeva, Askar Kaçkınbayev, Mahabat Asanbekova, Kanbolot Atakan Uulu, Cıldızbek Kaseyinov, Ömürbek İzrail Uulu iştirak ediblər.

Tamaşadan sonra çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, Qırğızıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müşaviri Asılbek İsayev, Qırğızıstan Milli Akademik Dram Teatrının bədii rəhbəri, Qırğızıstan Respublikasının Xalq artisti Egemberdi Bekboliyev, tamaşanın müəllifi, Qırğızıstan Respublikasının Xalq yazıçısı, Ç.Aytmatov adına Dövlət mükafatı laureatı, professor Kayrat İmanaliyev və Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə tədbirin əhəmiyyətindən, Qırğızıstan və Azərbaycan mədəni əlaqələrinin gələcək inkişafından danışıblar.

Qırğızıstan Milli Akademik Dram Teatrına Azərbaycan-Qırğızıstan mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “Milli Teatr” mükafatı təqdim olunub. 

Azərbaycan tamaşaçılarına təqdim olunan “Dədə Qorqud” tamaşası Akademik Milli Dram Teatrının səhnəsində uğurla oynanıldığına görə Azərbaycan Teatr Xadimləri İttifaqının Diplomu ilə mükafatlandırılıb.  

Əsərin müəllifi Kayrat İmanaliyev İttifaqın “Teatr Xadimi” medalına layiq görülüb. 

Teatrın iki aktyoru - Atay Ömürbekov Qoca Qorqud, Adıl Bolorbek ulu Cavan Qorqud rolunun uğurlu təqdimatına görə İttifaqın Fəxri fərmanları ilə təltif olunub.

Şəkil sayı: 11

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Aprel 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri