Qırğızıstan qəzeti Xocalı faciəsindən bəhs edib | Icma.az
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Bakı üçün ümumilikdə bu, təəccüblü deyil.
Qarabağ münaqişəsi başlayandan biz hələ də davam edən ikili standartların şahidi oluruq.
Xocalı faciəsinin törədilməsində iştirak edən erməni silahlı birləşmələrinin və onların himayədarlarının əməlləri bütün beynəlxalq konvensiya və qətnamələrin kobud şəkildə pozulmasıdır.
Onlar beynəlxalq hüquqa açıq-aşkar məhəl qoymayırlar. Buna baxmayaraq, onlardan heç biri hələ də bu qanlı faciəyə görə cavab verməyib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qırğızıstandakı səfiri Lətif Qəndilov Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı “Veçerniy Bişkek” qəzetinə müsahibəsində söyləyib.
“Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan britaniyalı jurnalistlər qarşısında öyünərək bunları etiraf edib: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar.
Hesab edirdilər ki, ermənilər dinc sakinlərə əl qaldıra bilməzlər. Biz bu stereotipi dağıtdıq.
Baxın görün nə baş verdi...” (Tomas de Vaal, “Qara bağça”, “BBC”).
Tam oxu
Xəbəri oxu