Icma.az
close
up
RU
Qırğızıstan qəzeti Xocalı faciəsindən bəhs edib

Qırğızıstan qəzeti Xocalı faciəsindən bəhs edib

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı üçün ümumilikdə bu, təəccüblü deyil. Qarabağ münaqişəsi başlayandan biz hələ də davam edən ikili standartların şahidi oluruq. Xocalı faciəsinin törədilməsində iştirak edən erməni silahlı birləşmələrinin və onların himayədarlarının əməlləri bütün beynəlxalq konvensiya və qətnamələrin kobud şəkildə pozulmasıdır. Onlar beynəlxalq hüquqa açıq-aşkar məhəl qoymayırlar. Buna baxmayaraq, onlardan heç biri hələ də bu qanlı faciəyə görə cavab verməyib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qırğızıstandakı səfiri Lətif Qəndilov Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı “Veçerniy Bişkek” qəzetinə müsahibəsində söyləyib.

“Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan britaniyalı jurnalistlər qarşısında öyünərək bunları etiraf edib: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar. Hesab edirdilər ki, ermənilər dinc sakinlərə əl qaldıra bilməzlər. Biz bu stereotipi dağıtdıq. Baxın görün nə baş verdi...” (Tomas de Vaal, “Qara bağça”, “BBC”).

Doğrudur, son illər tanınmış beynəlxalq təşkilatlar bu soyqırımı pisləyən müxtəlif qətnamələr, sənədlər qəbul edib, lakin bütün bunlar sözdən başqa bir şey olmadı. Soruşun, niyə? Yenə də ikili standartlar.

Xocalı hadisələrinin 33-cü ildönümündə Azərbaycan xalqı bir daha ümid və inam ilə beynəlxalq təşkilatlara, dünya xalqlarına və dövlətlərə müraciət edərək, həqiqət və ədaləti müdafiə etməyə, bu dəhşətli cinayəti pisləməyə və “müəllifləri” məsuliyyətə cəlb etməyə çağırırlar. Əks halda, bir müddət sonra bu canilər “qəhrəman” olacaqlar.

Onların bəziləri artıq Azərbaycanın ədalətli məhkəməsi qarşısında cavab verir, qalanları da gec, ya tez Xocalıda dinc sakinlərə qarşı soyqırımı törətdikləri üçün layiqli cəzalarına çatacaq, tarixin məhkəməsi qarşısında cavab verəcəklər.

Biz qisas hissi ilə yaşamırıq, lakin nasist cinayətkarlarının cəzasız qalmasına yol verilmədiyi kimi, nə qədər zaman keçsə də Xocalıda dinc əhaliyə qarşı soyqırımı törədənlər də cəzasız qalmamalıdır. İnsani ədalət naminə, bu soyqırımın planetimizin tarixində sonuncu olması üçün”, - deyə səfir “Veçerniy Bişkek” qəzetinin müxbirinin sualını cavablandırarkən söyləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Fevral 2025 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri