Qırmızı bültenlə axtarılan 9 cinayətkar saxlanıldı

30.09.2025

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, beynəlxalq axtarışda olan və "qırmızı bülten"lə axtarılan 9 nəfərin Türkiyəyə gətirildiyini bildirib.

Redaktor.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.

Nazir sosial media hesabında verdiyi açıqlamada, həmin şəxslərin Gürcüstan, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə və Xorvatiyadan ekstradisiya olunduğunu qeyd edib.

Ali Yerlikaya, bu əməliyyatların beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirildiyini və Türkiyənin cinayətkarlığa qarşı mübarizəsinin qətiyyətlə davam etdiyini vurğulayıb. O, həmçinin bu kimi əməliyyatların qanunun aliliyinin təmin edilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью