Qırmızı bültenlə axtarılan 9 cinayətkar saxlanıldı
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, beynəlxalq axtarışda olan və "qırmızı bülten"lə axtarılan 9 nəfərin Türkiyəyə gətirildiyini bildirib.
Redaktor.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.
Nazir sosial media hesabında verdiyi açıqlamada, həmin şəxslərin Gürcüstan, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə və Xorvatiyadan ekstradisiya olunduğunu qeyd edib.
Ali Yerlikaya, bu əməliyyatların beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirildiyini və Türkiyənin cinayətkarlığa qarşı mübarizəsinin qətiyyətlə davam etdiyini vurğulayıb. O, həmçinin bu kimi əməliyyatların qanunun aliliyinin təmin edilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Nuriyyə NATİQQIZI

Ankarada qırmızı bülletenlə axtarılan türkmən saxlanıldı
03 Dekabr 2024 12:18
Qırmızı bülletenlə axtarılan iki nəfər saxlanıldı
28 Fevral 2025 09:44
Qırmızı bülletenlə axtarılan azərbaycanlı Gürcüstanda saxlanıldı Video
10 Avqust 2025 13:45
Qırmızı bülletenlə axtarılan şübhəlilər SAXLANILDI
03 Aprel 2025 11:50

