Qırmızı xətlər keçmişdə qalıb

31.10.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

İranın xarici işlər naziri Abbas Əraqçi Almaniya kansleri Fridrix Mertsin enerji qiymətlərinin artması fonunda İrana qarşı müharibənin tezliklə dayandırılması çağırışına münasibət bildirib.

Modern.az  xəbər verir ki, Əraqçi “X” hesabındakı paylaşımında Mertsin ötən il ABŞ və İsrailin İrana zərbələrini dəstəklədiyini xatırladıb.

“Ötən il İsrail və ABŞ İranı bombalamağa başlayanda cənab Merts bunu alqışlayırdı: “Avropanın çirkli işini görürlər”. 100 milyard avro xalqımıza zərər verməyə cəsarət edənlərə İranın güclü Silahlı Qüvvələrinin endirəcəyi sarsıdıcı zərbə ilə müqayisədə heç nədir. Qırmızı xətlər keçmişdə qalıb”, – nazir yazıb.

Bundan əvvəl Merts müharibə nəticəsində enerji qiymətlərinin yüksəlməsinin son səkkiz ayda Avropa şirkətləri və istehlakçılarına 100 milyard avrodan çox əlavə xərc yaratdığını bildirib. Kansler münaqişənin mümkün qədər tez başa çatmasının Avropanın iqtisadi maraqlarına uyğun olduğunu vurğulayıb.

Əraqçi isə İrana qarşı yeni hücum olacağı təqdirdə ölkəsinin Silahlı Qüvvələrinin daha güclü cavab verəcəyini bəyan edib.

Qeyd edək ki, Hörmüz boğazından gəmiçiliyə maneələr dünya enerji bazarında qiymətlərin artmasına səbəb olub. İran tərəfi boğazın açılmasını ABŞ-nin hərbi əməliyyatları dayandırması ilə əlaqələndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью