Qırmızı xətlər keçmişdə qalıb
Icma.az, Modern.az saytına istinadən bildirir.
İranın xarici işlər naziri Abbas Əraqçi Almaniya kansleri Fridrix Mertsin enerji qiymətlərinin artması fonunda İrana qarşı müharibənin tezliklə dayandırılması çağırışına münasibət bildirib.
Modern.az xəbər verir ki, Əraqçi “X” hesabındakı paylaşımında Mertsin ötən il ABŞ və İsrailin İrana zərbələrini dəstəklədiyini xatırladıb.
“Ötən il İsrail və ABŞ İranı bombalamağa başlayanda cənab Merts bunu alqışlayırdı: “Avropanın çirkli işini görürlər”. 100 milyard avro xalqımıza zərər verməyə cəsarət edənlərə İranın güclü Silahlı Qüvvələrinin endirəcəyi sarsıdıcı zərbə ilə müqayisədə heç nədir. Qırmızı xətlər keçmişdə qalıb”, – nazir yazıb.
Bundan əvvəl Merts müharibə nəticəsində enerji qiymətlərinin yüksəlməsinin son səkkiz ayda Avropa şirkətləri və istehlakçılarına 100 milyard avrodan çox əlavə xərc yaratdığını bildirib. Kansler münaqişənin mümkün qədər tez başa çatmasının Avropanın iqtisadi maraqlarına uyğun olduğunu vurğulayıb.
Əraqçi isə İrana qarşı yeni hücum olacağı təqdirdə ölkəsinin Silahlı Qüvvələrinin daha güclü cavab verəcəyini bəyan edib.
Qeyd edək ki, Hörmüz boğazından gəmiçiliyə maneələr dünya enerji bazarında qiymətlərin artmasına səbəb olub. İran tərəfi boğazın açılmasını ABŞ-nin hərbi əməliyyatları dayandırması ilə əlaqələndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 31 Oktyabr 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















